Əsas Səhifə > Partiya, Güney Press > Fazil Mustafa deputatlığa yenidən namizəd olacaq?

Fazil Mustafa deputatlığa yenidən namizəd olacaq?


27-05-2024, 15:34
Fazil Mustafa deputatlığa yenidən namizəd olacaq?
“Parlament seçkilərində növbəti dəfə deputatlığa namizədliyimi irəli sürəcəyəm”.

Bunu Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Cebhe.info”-ya açıqlamasında deyib.

O, qarşıdakı aylarda keçiriləcək parlament seçkiləri barədə danışıb:

“Əlbəttə ki, parlament seçkilərində iştirak edəcəyik. Allah nəsib edərsə, namizədliyimi irəli sürəcəyəm və həmişə olduğu kimi proseslərdə aktiv rol alacağam. Ənənəvi olaraq namizədliyimi 26 saylı Sabunçu birinci seçki dairəsindən verəcəyəm. Çünki həm dairəni yaxşı tanıyıram, həm də orada kifayət qədər geniş fəaliyyətim olub. Həmçinin, seçicilərlə də münasibətim olduqca yaxşıdır”.

Fazil Mustafa partiyasının hədəflərindən də söz açıb: “Partiyamız bütün dairələrdən namizəd irəli sürməyə çalışacaq. Məqsədimiz namizədlərimizin qalib gəlməsidir. Parlament seçkilərində neçə deputatla təmsil olunacağımızla bağlı hədəfimiz barədə isə bir söz demək mümkün deyil.

Çünki nə qədər səs alacağımız, hansı dairədə qazanacağımız kimi məsələlər seçicilərdən asılı olan məsələdir. Ona görə də bu barədə hansısa proqnoz verməkdə çətinlik çəkirəm”.

Partiya sədri bələdiyyə seçkilərinə də hazırlaşdıqlarını diqqətə çatdırıb:“Bələdiyyə seçkilərinə də eyni şəkildə hazırlaşırıq.

Seçki qərargahımız eynidir. Prezident seçkilərində iştirak etdiyimiz kimi, parlament və bələdiyyə seçkilərində də iştirak edəcəyik”.

Geri qayıt