Azərbaycanda ən çox nələri reklam edirlər? .....                     Rusiyanı durduran olacaqmı? .....                     Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi barəsində olan .....                     İmtahandan şikayət edən müəllimlərə sərt cavab: .....                     Dövlət qurumundan “İnterkabel” şirkətinə 5 milyonluq .....                     Aİ Rusiyaya qarşı sanksiyaları genişləndirib .....                     Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib .....                     İrəvan sülh istəyirsə... .....                     Mənfi tendensiyalar var, amma: manat amandadır .....                     ABŞ-nin hazırkı səyləri Azərbaycanın tranzit rolunu artırmaq və... .....                     “Uşaqpulu”, 800 manat maaş, 60 yaşda pensiya .....                     Bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var .....                     Ramin Hacılının cəzası azaldılıb .....                     İki deputatın doğulduğu qazsız kənd: Sakinlər hələ də meşədən odun daşıyır .....                     Ermənistanı qarışdıran keşiş Zəngəzura yola düşdü .....                     “17 yaşı var, uşağın biri qucağında, biri qarnında, biri də…” .....                     ABŞ Bakıdan nə istəyir? .....                     Milli Məclisin növbədənkənar sessiyası .....                     “Xəyanətə dözməyən qadınlar ayrıldıqdan sonra kiminsə məşuqəsinə çevrilir” .....                     Hüseyn Həsənovun biznesi .....                     İranda hakimiyyət keçidi baş verəcəkmi? .....                     Qarslılar Receb İvediyi məhkəməyə verdilər .....                     İranda prezident seçkisi .....                     Onlar Nikolla bacara bilmədilər .....                     Nəsimi rayonunda iyun ayında səyyar qəbullar keçirilib .....                     10 manatdan ötrü ZİBİLLİKLƏR ÖLKƏSİNDƏ yaşayırıq... .....                     Qərbin nüfuzu ərəb dünyasında azalıb .....                     COP29 ərəfəsi ETSN üçün EV TAPŞIRIĞI... .....                     Sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır .....                     Yenə həddini aşdı .....                     İrandan Zəngəzur açıqlaması: .....                     Arvadı onu atıb gedən kişi intihar etdi .....                     Biləsuvarın sabiq icra başçısının cəzası azaldılıb .....                     "Mən özümə, sənətimə arxayınam, bilirəm ki, sarayın səhnəsini tamaşaçı ilə doldura bilərəm" .....                     Qosqoca rayonun təhsil sistemi İFLİC DURUMDA .....                     Rövşən Rüstəmov orda maşın paylayır, amma deputatlarımız... .....                     VI çağırış Milli Məclisin sonuncu plenar iclası başlayıb, .....                     Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı açıqlandı .....                     İran 7 gündən sonra “dilləndi”, o da səfir səviyyəsində .....                     `Azəriqaz`da TOTAL İŞDƏNÇIXARMA prosesi davam edir... .....                 

“80 manatla yaşamaq olmaz” - deputat
Tarix: 24-06-2024, 15:14 | Çap et
“80 manatla yaşamaq olmaz”
Lent.az-ın “Rəsmilərlə qeyri rəsmi” rubrikasında növbəti müsahibi, “Şöhrət” ordenli deputat Arzu Nağıyevdir

- Arzu müəllim, mən sizi əslən tovuzlu bilirdim, amma haqqınızdakı məlumatlarda doğum yeriniz Oğuz rayonu yazılıb.

- Tovuzluyam. Anamla atam təyinatla Oğuzda həkim işləyiblər, orda doğulmuşam deyə sənədimdə elə yazılıb.Tovuzun Bozalqanlı kəndində böyüyüb məktəbi də orada bitirmişəm.

- Öncələr inşaat mühəndisi, sonra Dövlət Təhlükəsizlik Komitəsinin Əməkdaşı, Media orqanında rəhbər, Yazıçılar Birliyinin üzvü, şair və deputat. Bütün bu fərqli sahələr sizin həyatınızda necə birləşib?

- Orta məktəbi bitirdikdən sonra Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən xaricdə təhsil proqramı çərçivəsində 1985-ci ildə Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili bölməsindən məzun oldum. 1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazirliyinin 4 saylı trestində iqtisadçı və baş iqtisadçı vəzifələrində, 1987–1989-cu illərdə komsomolun Nərimanov rayon Komitəsinin təlimatçısı və şöbə müdiri işləyirdim. O zaman belə bir təklif gəldi, razılaşdım. 2 il oxuduqdan sonra 1991–2011-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə oldum. 30 il əməliyyat müvəkkili -şöbə rəisi vəzifələrində çalışmışam.

- Adətən deyirlər, bu peşədə işləyənlərin ailələrinin belə onların nə iş görməsindən xəbəri olmur...

- Orda bir tam məxfi qrup var, bir də məxfi. Mənim ətrafımdakılar harada işlədiyimi bilirdilər, amma nə iş gördüyümü bilmirdilər. Bunu ancaq iş yoldaşlarım və rəislərim bilirdi.

- Hələ də gizlətdiyiniz sirlər var?

- Var və yəqin ki, mənimlə məzara gedəcəklər. Ümumiyyətlə, bu peşə çox maraqlı, maraqlı olduğu qədər də məsuliyyətlidir. Hər bir əməliyyat işçisinin ikili həyatı var, onu heç vaxt açıqlamaq olmaz.

- Deputat olduqdan sonra həyatınızda, ətrafınızda çox şey dəyişdi?

- Yox. Bəzi məqamlar oldu ki, onları mən özüm bir az çərçivəyə salmalı oldum.

- Köhnə peşə vərdişi olaraq insanlarla tanışlıq, yoldaşlıq edərkən, onların kimliyini araşdırıb, ələdiyiniz olur?

- Olur. Hətta sosial şəbəkədə dostluq təklifləri göndəriləndə belə, araşdırıram, o adamın yaşam tərzini, həyata baxışını nəzərdən keçirirəm.

- Dostlarınız çoxdur?

- Var. Amma çox deyil. Hər oturub çörək yediyin adama da dost deyilməz. Dost ailənin içinə buraxdığın, evinin açarını verib, “biz evdə yoxuq, evimizə bax” deyə biləcəyin qədər güvəndiyin adamdır.

- Səhvlərinə görə uzun illər yol getdiyiniz dostlarla yolunuzu ayırmısınız ?

- Olub. Bir zamanlar çox şirin dostluq olub. Sonra müəyyən fikir ayrılıqlarına görə uzaqlaşmışıq. Mənim məramıma, düşüncələrimə, əqidəmə zidd olanda uzaqlaşıram. Mənim məramım dövlətdir, dövlətçilikdir. Həmişə fəxr eləmişəm ki, çiyinlərimdə, alnımda dövlətin gerbini gəzdirmişəm.

- Özünüzü hansı yaşda hiss edirsiniz?

- Vallah sənədə baxmayınca inanmıram ki, mənim 61 yaşım var. Deyirlər kişilər hiss etdikləri, qadınlar isə göstərdikləri yaşdadırlar. Necə deyərlər, dəyərəm yüz cavana. Özümü hardasa 40 yaşımda hiss edirəm.

- Bürclərə inanırsınız?

- Şir bürcüyəm. Çox inanmasam da, bu bürcün xüsusiyyətlərinin məndə olduğunu görürəm. Liderlik qabiliyyəti, çətinliklərdən qorxmamaq, öz dəmir prinsipləri olmaq və s.

- Hobbiniz var?

- Rəsm qabiliyyətim yaxşıdır. Köhnə mebellləri restavrasiya etmək, piano çalmaq hobbimdir. Yaxşı çalıram pianoda. Hətta bir neçə bəstələrim də var. Gənclikdə ov eləməyi sevirdim. Yaxşı ov köpəklərim və ov silahlarım var idi.

- Heç yalan danışmısınız?

- Bir dəfə atamdan soruşdum ki, yalan demək olar, ya yox. O dedi ki, bəzən acı həqiqətdənsə şirin yalan yaxşıdır. Bir insana ümid vermək, həyata bağlamaq üçün. Belə baxıram, yalanım olubsa da az olub, elə bu məqsədlə olub. Yalandan sözlər verib, böyük-böyük danışmamışam. Əslində mənim peşəmlə yalan danışmaq heç mümkün də deyildi.

- Borc verməyi xoşlayırsınız?

- Vallah o qədər borc verdim, sonra qaytarmadılar ki, indi biri min manat borc istəyəndə deyirəm, al bu 200 manatı, olanım budur, geri istəmirəm, məndən borc istəmə. Əlimlə verib, ayağımla axtarmaqdan xoşum gəlmir.

- Siz həm də I Qarabağ müharibəsi iştirakçısınız. Bildiyimə görə uzun illər başınızda qəlpə ilə gəzmisiniz.

- Hə əridimi, çürüdümü bilmirəm, yoxa çıxdı o qəlpə. Amma heç vaxt onun varlığı məni narahat eləməmişdi. Qarabağ müharibəsinə 1990-cı ilin aprel ayında getmişəm. Onda DTK da kapitan idim, amma adi döyüşçü kimi iştirak eləmişik. Allah rəhmət eləsin, bu yaxınlarda Milli Qəhrəman Riad Əhmədovun nəşi tapılıb dəfn edildi, mən də dəfndə iştirak elədim. O bizim xüsusi təyinatlı dəstələrin komandiri idi. Çaykənd əməliyyatı ilə döyüşlərə başlamışıq. Bu ermənilərin ən qorxduğu əməliyyat olub, hələ də “operasiya kolso” (üzük əməliyyatı) deyə xatırlayırlar onu. 131 gün döyüş bölgələrində olmuşam. Vətən qarşısında borcumu yerinə yetirməyimlə fəxr eləyirəm. Bir də fəxrlə veteran pulu alıram, ayda 80 manat. O pulu xərcləmirəm, kartda toplayıram.

- Sizcə 80 manat az deyil?

- Azdır, 80 manatla yaşamaq olmaz və bu barədə dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam.

- Ölüm qorxusu yaşamısınız?

- Döyüş zamanı bir dəfə hiss elədim ki, snayper başımı nişan alıb. Avtomatı alnıma tutdum, atəş açıldı, avtomatın dəstəyi alnımı parçaladı. Qan axa-axa ailəmi düşünürdüm ki, uşaqlar balacadır, çətin dövrdür. Ölümü o qədər yaxından bir tək onda düşündüm. Vəssalam. İşimlə bağlı həmişə əldə silah, cinayətkar dəstələrin üstünə getmişəm. Narkotiklər və insan alveri şöbələrində çalışmışam. Ota Asiyada əməliyyatlarda olmuşam. Təhlükə hər an bir addımlığımda olub. Atamın zarafatla bir sözü var. Deyir “birdən adi ölümlə, urvatsız ölüb bizi biabır edərsən. Motosiklet zad vurar səni rüsvay olarıq. Öləndə kişi kimi ölmək lazımdır, ucuz ölümlə ölmə”. Mənə adi ölümü yaraşdırmır atam.

- Ovçuluğa həvəsli adam çöl adamı olur. Yemək hazırlamaqla aranız necədir?

- Lazım gəlsə özüm və yanımdakıları ac qoymaram. Yaxşı çölçüyəm.

- Yenidən deputat seçilmək arzunuz var?

- Vəziyyətə baxacam. Əsas odur deputat işlədiyim bu müddətdə seçicilərimi özümdən narazı salmadım. Bir şeyi heç vaxt unutmuram. Tovuzda mənim anamın məzarı var və 62 il bu rayonda həkim işləmiş atam yaşayır. Elə işləməliyəm ki, ora gedəndə üzüm ağ olsun.

- Özünüzə ən yaxın bildiyiniz deputata kimdir?

- Heç kimlə münasibətlərim pis deyil. Milli Məclisin sədri Sahibə xanımdan rahatlıqla bilmədiyim sahələr üzrə məlumat alıram, iqtisadçı deputatlardan iqtisadiyyata dair suallar verirəm, hərbi və təhlükəsizlik məsələlərini isə məndən soruşurlar.

- Həmişə qızıl orta prinsipini qoruyursunuz. Həyatda da bu belədir? Özünüzə kənardan qiymət versəniz, pis cəhətiniz nədir?

- Unuda bilməmək. Mənə edilmiş heç bir əməli unutmuram. Bu kin saxlamaq da deyil. Xalq olaraq başımıza hər şey unutmaq üzündən gəldi. Nə unutqanam, nə tələskən. Ola bilər cavanlıqda çılğınlıqlarım olub. İndi yaxşını, pisi analiz edirəm, hər şeyin yerli-yerində olmasına cəhd göstərirəm.

- Gözəl sevgi şeirləriniz var. Sizə görə, sevgi nədir?

- Sevgi cismani və ruhani istəyin vəhdət tapdığı nöqtədir.

- Şeirlərinizi həsr etdiyiniz o gizli qəhrəman kimdir?

- Bir-iki dəfə evdə də bu sualı veriblər, demişəm hər şeirin öz qəhrəmanı var.

- O dərəcədə?

- (Gülür). Buna başqa nə cavab verəsən? Şeirlər ruh halı ilə, ilhamla yaranır, xəyali qəhrəmanlara həsr olunur.

- Xanımınızı sevib ailə qurmuşdunuz?

- Ailələrimiz yaxın idilər, biz bir- birimizi 6-7 ay tanıyıb sonra evləndik. Əsas odur sevgisiz deyildik. Baxdım ki, ziyalı qızdır. İndi İqtisad Universitetində dərs deyir. Eşq olsun ona ki, 30 il orqanda işləmiş əməliyyatçının həyat yoldaşı olaraq çox çətinliklərə dözüb. Hara təyinat almışam addım-addım mənimlə gedib, rayonlarda, hərbi şəhərciklərdə yaşayıb.

- Övladlarınızın karyerasında öz satusunuzdan istifadə eləmisiniz?

- Onların təhsilinə həddən çox diqqət göstərmişəm. Bir oğlum xaricdə təhsil alıb, NATO qüvvələrində çalışır, ikinci oğlumun da iki ali təhsili var. Təhsil bizim ailədə atamdan gəlmə bir şərt, tələb olub.

- Uşaqlıq dostlarınızla görüşürsünüz?

- Bəzən hə. Görüşəndə elə bilirik heç yaşlanmamışıq, elə həmin uşaqlarıq.

- Mən sizdə bahalı əşyalara, markalara bir maraq hiss eləmişəm. Ən qiymətli əşyanız nədir?

- Ən bahalı əşyam atamla anamın nişan üzüyüdür. O mənim talismanımdır və həmişə üzərimdə gəzdirirəm. Üzüyün içində atam Nəsibin adı yazılıb. Anam ölməzdən öncə onu mənə hədiyyə elədi. Dedi gəlininə verərsən. Mən nəvəm Nəsibin xanımına verəcəm qismət olsa. Nəvəm Nəsiblə atam Nəsibin arasında düz 84 il yaş fərqi var. Allah ikisinə də can sağlığı versin.

- Ömrün bircə gününə geri qayıtmaq şansı verilsəydi, hansı günü seçərdiniz, hansı günə geri qayıdardınız?

- Bircə dəfə anamın sağ olduğu günlərə qayıdıb onunla dərdləşmək istəyərdim. Deyərdim ki, sənin arzularının çoxusunu yerinə yetirmişəm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda ən çox nələri reklam edirlər?
Bu gün, 15:55
Rusiyanı durduran olacaqmı? - VƏ YA...
Bu gün, 15:53
Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi barəsində olan hökmdən şikayət verib
Bu gün, 15:44
İmtahandan şikayət edən müəllimlərə sərt cavab: - "9-cu sinif səviyyəsində belə bilmirlər"
Bu gün, 15:43
Dövlət qurumundan “İnterkabel” şirkətinə 5 milyonluq – SİFARİŞ
Bu gün, 15:41
Aİ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Bu gün, 15:38
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:07
İrəvan sülh istəyirsə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Mənfi tendensiyalar var, amma: manat amandadır - Ekspertlər DEYİR Kİ...
Bu gün, 14:00
ABŞ-nin hazırkı səyləri Azərbaycanın tranzit rolunu artırmaq və... -ŞƏRH
Bu gün, 13:56
“Uşaqpulu”, 800 manat maaş, 60 yaşda pensiya TƏKLİF EDİLİR
Bu gün, 13:22
Bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 13:02
Ramin Hacılının cəzası azaldılıb - QƏRAR
Bu gün, 13:00
İki deputatın doğulduğu qazsız kənd: Sakinlər hələ də meşədən odun daşıyır - BU NƏDİ BELƏ?!
Bu gün, 12:58
Ermənistanı qarışdıran keşiş Zəngəzura yola düşdü
Bu gün, 12:55
“17 yaşı var, uşağın biri qucağında, biri qarnında, biri də…”
Bu gün, 12:51
ABŞ Bakıdan nə istəyir? – Rusiyadan fərqli baxış
Bu gün, 12:47
Milli Məclisin növbədənkənar sessiyası BAŞA ÇATIB
Bu gün, 12:41
“Xəyanətə dözməyən qadınlar ayrıldıqdan sonra kiminsə məşuqəsinə çevrilir” - Samirə Bağırova
Bu gün, 12:40
Hüseyn Həsənovun biznesi ÇÖKDÜ
Bu gün, 12:30
İranda hakimiyyət keçidi baş verəcəkmi? - “Nezavisimaya qazeta”
Bu gün, 12:17
Qarslılar Receb İvediyi məhkəməyə verdilər
Bu gün, 12:08
İranda prezident seçkisi - azərbaycanlı Pezeşkiyan irəlidədir
Bu gün, 12:04
Onlar Nikolla bacara bilmədilər - GƏLİŞMƏ
Bu gün, 12:00
Nəsimi rayonunda iyun ayında səyyar qəbullar keçirilib
Bu gün, 11:58
10 manatdan ötrü ZİBİLLİKLƏR ÖLKƏSİNDƏ yaşayırıq... - BU FAKTDIR!
Bu gün, 11:49
Qərbin nüfuzu ərəb dünyasında azalıb - İNCƏLƏMƏ
Bu gün, 11:45
COP29 ərəfəsi ETSN üçün EV TAPŞIRIĞI... - Restoranlardan ƏRŞƏ QALXAN TÜSTÜ VƏ...
Bu gün, 11:42
Sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:37
Yenə həddini aşdı - Xameneyidən sitat gətirib Azərbaycanı hədəfə aldı
Bu gün, 11:34
İrandan Zəngəzur açıqlaması: - Ermənistan istəsə...
Bu gün, 11:29
Arvadı onu atıb gedən kişi intihar etdi - Oğuzda FACİƏ
Bu gün, 11:23
Biləsuvarın sabiq icra başçısının cəzası azaldılıb - QƏRAR
Bu gün, 11:19
"Mən özümə, sənətimə arxayınam, bilirəm ki, sarayın səhnəsini tamaşaçı ilə doldura bilərəm" - Orxan Lökbatanlı
Bu gün, 11:14
Qosqoca rayonun təhsil sistemi İFLİC DURUMDA - BU NƏDİ BELƏ?!
Bu gün, 11:10
Rövşən Rüstəmov orda maşın paylayır, amma deputatlarımız... - REAKSİYA
Bu gün, 11:05
VI çağırış Milli Məclisin sonuncu plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Bu gün, 11:03
Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı açıqlandı
Bu gün, 10:57
İran 7 gündən sonra “dilləndi”, o da səfir səviyyəsində
Bu gün, 10:55
`Azəriqaz`da TOTAL İŞDƏNÇIXARMA prosesi davam edir... - Yeni sədr XƏBƏRSİZDİR?
Bu gün, 10:52
“Yüksək vəzifələrə çəkilmiş elə gənclər var ki, heç JEK-də texnik də işləməyə qadir deyil” - Partiya sədri
Bu gün, 10:41
“Sürət həddini aşmısınızsa, heç kim sizi DYP postunda saxlayıb cərimələyə bilməz” - Rövşən Tağıyev
Bu gün, 10:29
Şahramanyanla Xankəndindən köçdən sonra 6 ay orada qalmış erməni üzləşdirildi... - “Hraparak”
Bu gün, 10:25
Rafil Hüseynovun birinci müavini olmaq üçün 111 min manat verdi - MƏHKƏMƏ
Bu gün, 10:24
"Polkovnik üçün 50 inək saxlamadığıma görə həbs olundum" deyən fermerə bəraət verildi - TƏFƏRRÜAT
Bu gün, 10:22
“Azərbaycan Ordusu Gəncə və Qarabağdan çıxmalıdır” - Erməni ekspertdən SARSAQLAMA
Bu gün, 10:20
Tanınmış hüquqşünas yenidən deputat seçilmək İSTƏYİR
Bu gün, 10:18
"İpək Yolu Sığorta" şirkəti ENİŞDƏ
Bu gün, 10:12
“Bakı Neft Mədən Avadanlıqları”nın xalis mənfəəti - KƏSKİN AŞAĞI DÜŞÜB
Bu gün, 10:10
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bu gün, 09:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru