Əsas Səhifə > Hadisə, Manşet > `Azəriqaz`ın SAXTA QAZLAŞDIRMA HESABATI...

`Azəriqaz`ın SAXTA QAZLAŞDIRMA HESABATI...


Bu gün, 09:54
`Azəriqaz`ın SAXTA QAZLAŞDIRMA HESABATI...
"Sizcə düzünü kim deyir?" Dia-az.İnfo bildirir ki, bu ritorik sualla ictimaiyyətə və ələlxüsus da əlaqədar qurum və təşkilatlara müraciət edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı olduqca maraqlı bir HESABAT ŞOUSUNU ifşa edib. Belə ki, bu zamana qədər "Azəriqaz"ın qazlaşdırma siyasətini əks etdirən və ayrı-ayrı qaynaqlar tərəfindən ifadə olunan rəqəmləri sıralayan Mirvari Qəhrəmanlının iddia etdikləri əslində, həm də hüquqi araşdırma tələb edir. Çünki illərdir QAZLAŞDIRMA İŞİ adı altında dövlət büdcəsi rəsmən QARƏT OLUNUR... ünki bunu verilən, söylənən, iddia olunan hesabatların saxta mahiyyəti təsdiqləməkdədir.
Dia-az.İnfo olaraq tanınmış hüquq müdafiəçisi M,Qəhrəmanının təqdim etdiyi faktları nəzərinizə çatdırırıq: "On ildən artıq bir müddət ərzində ölkə üzrə qazlaşma səviyyəsinin vəziyyəti ilə əlaqadar hər il təqdim olunan rəqəmlər(95-96%) realdırmı?
Araşdırılmasına ciddi ehtiyac duyulur...
-21.04.2016 Report-✅2008-ci ildə ölkə üzrə qazlaşma səviyyəsi 80%-ə yaxın olub, 2013-cü ilin sonuna isə ölkə üzrə qazlaşma (təbii qazla təmin olunma) səviyyəsi 89,8% (regionlarda 83,4%) təşkil edib", - deyə bəyanatda bildirilir
-17.03.2023. Vergilər qəzeti:“✅2010-cu ilin əvvəlində qazlaşmış mənzil sayına görə ölkə üzrə qazlaşma səviyyəsi 62,2 faiz olduğu halda hazırda qazlaşma səviyyəsi 96,3 faiz təşkil edir. Həmin müddətdə təbii qazla təmin olunan əhali abonentlərinin sayı artaraq hazırda 2 milyon 500 minə çatıb”, - deyə R.Əliyev qeyd edib.
-10.07.2012 ( AZƏRTAC)2012-ci il bir iyun tarixinə respublikada qazlaşdırılma səviyyəsi ✅75,9 %,-ə çatdırılmışdır. Dövlət tapşırığına uyğun olaraq, 2013-cü ilin sonunadək ölkənin qazlaşdırılması səviyyəsinin 95 % -ə çatdırılması üçün müvafiq tədbirlər həyata keçirilir..
-25.11.2012 - Azəriqaz İB sədr müavini Nazim Səmədzadə Ölkə ərazisində qazlaşdırma işi ✅74 % yerinə yetirilib.2013-cü ilin sonuna qədər bu proses 95 % -ə çatdırılacaq.
-2013-cü illər üzrə “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramları çərçivəsində qaz təchizatının ümumi səviyyəsi tarixdə görünməmiş həddə çatıb. ✅2009-cu ilin sonuna respublika üzrə ümumi qazlaşma səviyyəsi 62,3 faiz təşkil edirdisə, hazırda ✅90 faizə çatıb.
-Azərbaycanda 2013-cü ildə qazlaşma səviyyəsi 89,8%-( İnterfax-Azərbaycan, 06.02.2014 12:33)
-10 il əvvəl Azərbaycanın yaşayış məntəqələrinin cəmi 40 faizinin qazlaşdırıldığını diqqətə çatdıran SOCAR-ın prezidenti artıq əhali abonentləri üzrə bu göstəricinin 92 faiz təşkil etdiyini bildirib. (Yeni Azərbaycan .-2016.-21 sentyabr-№ 171.-S.11.)
-2009-cu ilin sonunda respublika üzrə ümumi qazlaşma səviyyəsi 62,3% təşkil edirdisə, hazırda bu göstərici 92%-ə qalxıb (2016-cı il SOCAR,davamlı inkişaf haqqında hesabat)
Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizdir.-Bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib
28 .12.2013. Gündəm -2015-ci ildə Azərbaycanda qazlaşmanın səviyyəsi 99 faizə çatacaq. Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev ilin yekunlarına həsr edilmiş tədbir çərçivəsində deyib.Onun sözlərinə görə artıq ölkədə qazlaşmanın səviyyəsi 90 %-ə çatıb
-15.03.2016.-Yenı Azərbaycan.-Görülən işlər nəticəsində respublika üzrə qazlaşdırmanın səviyyəsi 90%-ə çatdırılıb
-1news.az - 2016-cı ilin sonuna ölkə üzrə ümumi qazlaşma səviyyəsinin 90 %-ə çatdırılması planlaşdırılır.
-21.04.16 http://xn--xbr-dtbb.az/ -✅2008-ci ildə ölkə üzrə qazlaşma səviyyəsi 80%-ə yaxın olub 2013-cü ilin sonuna isə ölkə üzrə qazlaşma (təbii qazla təmin olunma) səviyyəsi 89,8% , hazırda ölkə üzrə qazlaşma səviyyəsi 90%-ə çatıb,
-07.09.2017 Xalq qəzeti. № 193. .Ölkə üzrə isə qazlaşdırma 93%-ə çatıbdır
-20.04.2018 Azərbaycanda əhalinin qazlaşdırılma səviyyəsi 93,9%-ə çatıb. Bunu SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov Energetika Nazirliyində kollegiya iclasında və 27.08.2018-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində deyib.
-28 .06. 2018, İki sahil -ölkə əhalisinin qazlaşması səviyyəsi 93 %-ə çatdırılmışdır. Hədəf 95 %-dir
-27 08. 2018, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkə ərazisinin qazlaşdırılması göstərici 93 %-ə çatıb. . Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 %-dir "Rövnəq Abdullayev.
-16.11.2018 - "Azəriqaz" İstehsalat Birliyində keçirilən mətbuat konfransında Əkbər Hacıyev bildirib ki, İlin sonuna kimi isə ölkədə qazlaşdırılma 95,7%-ə çatdırılacaq.
-dekabr 2018 - ölkə üzrə əhalinin qazlaşma səviyyəsi 95% icra olunub. Dekabrın 1-nə isə respublika üzrə qazlaşdırma səviyyəsi 95,2 %-ə çatdırılıb.-mətbuat katibi
- 2019-cu ilin martın 30-da Energetika nazirliyində çağırılmış iclasda nazir dedi ki, ölkə üzrə qazlaşma səviyyəsi 95,7%-ə çatdırılıb,
-2019-cu il mayın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Birliyin baş direktoru Ə.Hacıyev qeyd edib ki, qazlaşma səviyyəsi 95.7 faizə olub.
-22.08.2019-cu Kommersant .az Hal-hazırda ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96 %-ə yaxınlaşır.
-04.09.2019 Son statistik göstəricilərə görə, ölkə üzrə 96 % -ə yaxın ərazi qazlaşdırlıb. Bunu "Azəriqaz” İB-nin mətbuat katibi Ceyhun Səfərov deyib.
-28.12.2019 ölkə üzrə əhali sektorunun qazlaşdırma səviyyəsi 96 %-ə çatıb.
-11 01. 2020.Azərbaycan qəzeti :Ölkədə qazlaşdırmanın səviyyəsi 96 faizi ötür
- 18.02.2020 Yeni Azərbaycan qəzeti;Azəriqaz İstehsalat Birliyii 2019-cu ili də uğurla başa vurub. Belə ki, ilin sonunda ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdırılıb .
-04 mart 2020 İki Sahil: Ölkədə qazlaşdırmanın səviyyəsi yüz faizə yaxınlaşır
30.12.2020- Oxu.az.:Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, artıq ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96,2 faiz təşkil edir:
-30.06.2021 qafqazinfo.az: Ölkədə əhalinin qazlaşdırılması səviyyəsi 96 faizi ötüb
-30 06, 2021 Bizim yol
Azərbaycanda təbii qazla təminat səviyyəsi inkişaf etmiş ölkələrdəkindən yüksəkdir
Dövlət dəstəyi ilə həyata keçirilmiş qazlaşdırma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96 faizi ötüb.
-03.12.2021 Vergilər qəzeti :Baş nazir Əli Əsədov: Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96,19 faiz təşkil edir
-Socar.az.“Azəriqaz” SOCAR-ın balansına verilən vaxtdan bəri 54.848 km-lik qaz xətləri çəkilib, 11.032 km-lik boru xətti təmir olunub, 1.668 yaşayış məntəqəsinə təbii qaz verilib. 01 iyun 2022-ci il tarixinə olan məlumata görə, işğaldan azad edilən yaşayış məntəqələri istisna olmaqla, ölkə üzrə qazlaşdırma səviyyəsi 96,3% təşkil edir
-02.09.2022. http://xn--hquq-0ra.az/ - “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev: Bu gün ölkə üzrə qazlaşma 96,3 faizdir.
-23. 12. 2022 E-huquq.az Azəriqaz": Ölkə üzrə qazlaşdırma səviyyəsi 96,3 faiz təşkil edir
-13.08.2023 XALQ QƏZETI
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəhbəri Teymur Cəfərovun bildirdiyinə görə, hazırda ölkə ərazisində qazlaşdırıl¬ma səviyyəsi 96,3 faiz təş¬kil edir.
-20.10.2023 Azadmedia- Azəriqaz İstehsalat Birliyi qazlaşma faizini açıqıadı. .
Hazırda qazlaşma faizi 96.4% təşkil edir.
-04.12.2023 Report: Bu il iyulun 1-nə Azərbaycanda qazlaşdırma səviyyəsi 96,34 % təşkil edib. Bu barədə "Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə hesabatına istinadən xəbər verir.
"SOCAR 2014-2018-ci illəri əhatə edən I qazlaşdırma proqramını tamamladıqdan sonra prosesi yeni “Regionların 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı dövlət proqramı” çərçivəsində davam etdirir. Şirkət rəhbərliyi hesab edir ki, ölkədə qalan qazlaşdırma işləri ilə bağlı xərclərin maliyyələşdirilməsini dövlət əsas kapitala yatırımlar vasitəsilə davam etdirəcək", - deyə hesabatda qeyd olunub.
08 .12. 2023 Xəbər xətti
“Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşdırma və inkişaf şöbəsinin rəsisi Teymur Cəfərov qeyd edib ki, 2009(rəqəm şirkətin 2016 -ci il üzrə İllik hesabatından götürülüb.Uğurlu müqayisə deyil.."

Məsələ diqqətimizdədir...

Geri qayıt