Əsas Səhifə > Dünya > “İnadkarları” ram etmək: Avropa İttifaqı Macarıstana təsir edə bilərmi?

“İnadkarları” ram etmək: Avropa İttifaqı Macarıstana təsir edə bilərmi?


5-08-2024, 00:22
“İnadkarları” ram etmək: Avropa İttifaqı Macarıstana təsir edə bilərmi?
Macarıstan Avropa İttifaqında (Aİ) öz oyununu oynamağa davam edir: Budapeşt bu yaxınlarda Aİ ölkələrinin Venesueladakı seçkilərlə bağlı birgə bəyanatına mane oldu. Bu, Aİ-nin xarici siyasətindəki qüsuru bir daha göstərdi, çünki belə qərarlar 27 üzv dövlətin hamısı tərəfindən yekdilliklə qəbul edilməlidir. Buna görə də, məsələn, Almaniya artıq blokda mühüm qərarların qəbulu mexanizmlərinin dəyişdirilməsinin tərəfdarıdır - yalnız ixtisaslı səs çoxluğu ilə.

Axı birincisi, Macarıstan demokratik ölkədir. Vətəndaşlarının mütləq əksəriyyəti isə Aİ çıxmağa ehtiyac görmür və ona qarşıdır.

İkincisi, Orbanın özü heç vaxt belə niyyətlərdən danışmayıb. Onun Aİ-də qərar qəbuletmə mexanizmlərinə xas olan zəif cəhətlərdən şəxsi (bəzən də milli) maraqlar naminə istifadə etməyə çalışması prinsipcə, ümumi haldır: o, birinci deyil və sonuncu da olmayacaq. Məsələn, Slovakiyanın Baş naziri Robert Fiko da eyni şəkildə hərəkət edir.

Belə siyasətçilər üçün bu mövqe sərfəlidir. Ona görə də yaxın gələcəkdə nə Aİ-dən çıxmağa, nə də Aİ-də qərar qəbul etmə qaydalarını dəyişməyə razı olacaqlar. Çünki o zaman onlar təsir rıçaqlarını itirəcəklər. Məhz buna görə də onlar həmin Kremlə belə maraqlıdırlar: Rusiya Aİ-də zəif nöqtə tapıb və Ukrayna ilə NATO arasında əməkdaşlığa, silah tədarükünə və s. mane ola bilər. Və bunun üçün “dostlarına” yaxşı pul ödəməyə hazırdır - həm də ucuz neft və qaz şəklində. Aİ-də bundan istifadə etməyə hazır olan siyasətçilər var.

Aİ-də belə siyasətçilərə təsir rıçaqları varmı? Məsələn, Orbana gəlincə, biz onun Ukrayna ilə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamaq üçün səsvermə zamanı qəhvə içməyə necə getdiyini gördük. Bildiyiniz kimi, məhz Almaniya kansleri Olaf Şolts ona bu boşluqdan özü-üzünü xilas etmək üçün belə desək, istifadə etməyi təklif etmişdi.

Məsələn, qışda Macarıstan Ukraynaya 4 il ərzində 50 milyard avro dəyərində hərbi və maliyyə yardımının göstərilməsinə mane olanda, Orbana eyham vurulmuşdu ki, Aİ Macarıstanın özünü maliyyələşdirməyi dayandıracaq.

Fakt budur ki, Macarıstan Aİ büdcəsinin donoru deyil. Çox milyard dollarlıq subsidiyalar alır. Ona görə də məhz iqtisadi amillərlə - maliyyə axınını kəsmək vədləri, iqtisadiyyata subsidiyalar vermək, subsidiyaları məhdudlaşdırmaq - Viktor Orban kimi siyasətçilərə təzyiq göstərmək olar. Gördüyümüz kimi, Aİ məhz belə fəaliyyət göstərir.

Digər alətlərə gəlincə... Aİ-yə üzv olan bütün dövlətlərin konkret qərarla bağlı konsensusu üçün mexanizmlər qəbul ediləndə Aİ-də xeyli az ölkə var idi. Bir neçə raund genişlənmədən sonra daha çox ölkə var idi və fikir ayrılıqları yaranmağa başladı. Buna görə də təbii ki, qərar qəbuletmə mexanizminin ixtisaslı səs çoxluğu və ya səslərin üçdə ikisinin köməyi ilə dəyişdirilməsinin zəruriliyi barədə çoxdan danışılır. Və yaranan hər bir ziddiyyət ilk növbədə, Avropanın lokomotivlərini - Fransa və Almaniyanı Aİ-dəki kiçik dövlətlərin hamının xeyrinə olan qərarlara mane ola bildiyi halda vəziyyəti necə dəyişdirmək barədə düşünməyə vadar edir. Amma Avropa bürokratiyasının xüsusiyyətlərini nəzərə alsaq, belə dəyişikliklərin tezliklə baş verəcəyini düşünmək olmaz. Bu, uzun bir yoldur. Ona görə də mən “inadkarlara” təsir etmək üçün iqtisadi və diplomatik təzyiqdən başqa variant görmürəm.

Müəllif: Maksim Yali - Ukrayna Siyasi Elmlər Akademiyasının akademiki, politoloq
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur
Geri qayıt