Əsas Səhifə > Ölkə, Manşet > Valideynlər buna etiraz edəndə isə...

Valideynlər buna etiraz edəndə isə...


6-06-2024, 10:49
Valideynlər buna etiraz edəndə isə...
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasında təhsil işçiləri bir neçə gün əvvəl etiraz aksiyası keçirdilər. Dia-az.İnfo xəbər verir ki, narazı müəllimlər dərs saatlarının kəsilməsinə etiraz edirdilər.
MR-nın təhsil sistemindəki neqativlər bununla da yetinmir və hər gün az qala yeni gileylər sosial şəbəkələrdə əks olunur.
Bu dəfə yazan narazı sakinlərin iddialarına görə, Naxçıvanın uşaq bağçalarının təmizlik pullarını da kəsiblər.
Müəllimlər məcbur qalıb yuyulması lazım olan parçaları uşaqların valideynlərinə verirlər ki, yuyub yenidən bağçaya qaytarsınlar. Valideynlər buna etiraz edəndə isə bağça müdirələrindən biri deyib:
"Nə edək, əvvəllər "poroşok" pulu verirdilər. İndi vermirlər..."
Hər halda gərəkən qurumlar bu faktı nəzərə almalıdır...

Geri qayıt