Əsas Səhifə > Ölkə, Manşet > “Asfalt Raqib” Muxtar Babayevdən güclüdür?

“Asfalt Raqib” Muxtar Babayevdən güclüdür?


6-02-2024, 11:55
“Asfalt Raqib” Muxtar Babayevdən güclüdür?
Dünən dia-az.info olaraq ekoloji problemləri diqqətdə saxlayan “Ecofront”un məşhur Haftoni meşəsinin məhv edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciətini təqdim etmişdik:

“Asfalt Raqib” təbiətin QƏSDİNƏ DURUB... - Prezidentə müraciət olundu

Qeyd edək ki, bu müraciət ölkədə geniş rezonansa səbəb olub. Hətta əlaqədar qurumların özləri belə həərəkətə keçmək fikrinə düşüblər, amma...

Aydın olanı da budur ki, alınmayıb. Elə bu xəbəri də sözügedən müraciətin müəllifləri - “Ecofront” paylaşıb.

Qeyd edək ki, yeni açıqlama ETSN şefi Muxtar Babayevə ünvanlanıb və ağır ifadələrə yol verilib. Biz isə dia-az.info olaraq bu səbəbdən redaktələr emək zorunda qaldıq. Beləliklə, yeni açıqlamada deyilir:

"Ölkə prezidentinə müraciətimizə reaksiya olaraq, ETSN işçiləri Haftonidə "Asfalt Raqib"in məhv etdiyi meşə zolağına yenidən baş çəkməyə gedib.

Sahibkar ETSN işçilərini meşəyə buraxmır... Elə şey olar?

Meşəni qırmağa icazə verəndə, 3 metr çəpər çəkməyə, 2 metr xəndək qazmağa icazə verəndə bunu fikirləşmək lazım idi.

Muxtar Babayev kimi naziri olan bir qurumun işçisinə nə hörmət olacaq axı?

Adam özü imzalayır icazə verir, sonra üstü açılır özündən əmr verir, sonra onu da icra edə bilmir, hər dəfə biz paylaşanda ora adam göndərmək lazım deyil...

Göndərdiyiniz adamın arxasında dura bilmirsinizsə, etməyin belə..."


Geri qayıt