Əsas Səhifə > Sosial, Güney Press, Manşet > Elşad müəllimin ƏL İŞİ: SƏKİSİZ KÜÇƏ...

Elşad müəllimin ƏL İŞİ: SƏKİSİZ KÜÇƏ...


Dünən, 17:00
Elşad müəllimin ƏL İŞİ: SƏKİSİZ KÜÇƏ...
Bakının Yasamal rayonunda küçənin tamamilə səkisiz qalması sakinlərin narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Elşad müəllimin ƏL İŞİ: SƏKİSİZ KÜÇƏ...

Qeyd olunub ki, söhbət Milli Qəhrəman Salatın Əsgərovanın adını daşıyan küçədən gedir.

"Küçədə inşa olunan "pilot layihələr" insanların yolunu əlindən alıb. Xüsusən də, yaşlılar, uşaqlar və fiziki əngəli olan insanlar üçün bu küçə keçilməz olub. Səməd Vurğun küçəsi ilə kəsişməyə kimi yol daha da pisləşir" - deyə sakinlər qeyd edib.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək cəhdlərimiz baş tutmadı. Əlaqə yaratmağa çalışdığımız qurum rəsmiləri nə telefon zənglərimizə, nə də yazılı ünvanladığımız sorğuya cavab vermədilər.

Geri qayıt