Əsas Səhifə > Sosial, Manşet > Qəbələdə şok olay: Vətəndaşları torpaqlarını əkməyə qoymurlar

Qəbələdə şok olay: Vətəndaşları torpaqlarını əkməyə qoymurlar


13-10-2023, 09:07
Qəbələdə şok olay: Vətəndaşları torpaqlarını əkməyə qoymurlar
DİA.AZ: - Qəbələdə yeni Dızaxlı kənd sakinləri çıxılmaz durumla üz-üzə qalıblar. DİA.AZ bildirir ki, sakinlər halalca pay torpaqlarını əkib-becərə bilmirlər ki, bunun da səbəbi var.

Sakinlərin sözlərinə görə, torpaqları ilə bağlı qanunsuz iddialar əsasında məhkəmələr qurulduğundan yerli hüquq-mühafizə orqanları onların əkin-biçininə maneçilik törədir.

"2 ilə yaxındır mübahisələr, çəkişmələr davam edir" deyən sakinlər qeyd edir ki, bu məsələ mülki iş xaraktterində olsa da, onlara qarşı sərt davranış sərgilənir.

Sakinlər bildirir: "Nə istəyirlər axı camaatdan? Camaat orpağını əkməli deyil?"

Məsələ diqqəimizdədir. Məsələ ilə bağlı dia.az olaraq büttün əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...

Geri qayıt