Əsas Səhifə > Sosial, Manşet > Xaçmazda problemlər indidən həll olunmazsa...

Xaçmazda problemlər indidən həll olunmazsa...


10-09-2023, 13:21
Xaçmazda problemlər indidən həll olunmazsa...
DİA.AZ: - "Xaçmazda işıq, su və digər ciddi problemlər var. Bu problemlər qış gəlməmiş həllini tapmalıdır, əks halda əhali çox, çox əziyyət çəkəcək. Bu gün yağış yağıb, sabah qar yağar, birigün gün çıxacaq, sonra yenə yağış yağar... DİA.AZ bildirir ki, bu barədə sakinlər adından edilən müraciətdə deyilir.

Müraciət müəllifləri daha sonra qeyd edib: "Yaxşı ki Amerika deyil bura və burda tornado olmur. Yaxşı ki Hind-Çin yarımadasında deyilik və musson küləkləri əsmir. Tufan, qasırğa hər halda rayonumuzdan iqlimimizin sayəsində yan keçir, yoxsa qalarıq həmişə "vay-vay"da. Öz aramızdır, wifi da sözə baxmır axı. Rayonda internet var, eyni zamanda da yoxdur. Bu bir yana...

Zarafata-zarafat məsələnin ciddiyyəti əhvalı təlx edir. Azərişıq əgər bu rayonda işləmək istəmirsə, göndərin, getsin başqa rayona, və ya ölkəyə, orda işləsin, ya da burda normal işləyib işığa bir əncam çəksin. Eyibdir, vallah, böyük eyibdir, əhaliyə, insanlara qarşı belə laqeydlik olmaz. Hava proqnozu külək, yağış olan kimi kəndlərdə, bəzən elə şəhərdə də işığı söndürürlər.

Ola bilər ki, bununla yarana biləcək qəzanın qarşısını alırlar. Xeyr, qəzanın qarşısını belə alına bilməz. Normal, keyfiyyətli iş görülsün, elektrik xəttləri qırilmasın, qısaqapanma olmasın, qəza baş verməsin. İnsanların işığını kəsməklə, fasilə verməklə qəzanın qarşısını almaq metod deyil, uğursuzluqdur, yarıtmazlıqdır".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt