Əsas Səhifə > Sosial, Manşet > BNA-da işlər bitdimi: BƏS DAVAMI?

BNA-da işlər bitdimi: BƏS DAVAMI?


4-08-2023, 08:38
BNA-da işlər bitdimi: BƏS DAVAMI?
DİA.AZ: - Bir neçə gün əvvəl “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlandığı haqda informasiya yayıldı. DİA.AZ bildirir ki, rəsmi məlumatlarda ilginc faktlar açıqlandı. Aydın oldu ki, istintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İlkin sübutlar əsasında Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. DİA.AZ olaraq qeyd edək ki, eyni zamanda rəsmi açıqlanan məlumatlarda net şəkildə bu ifadə də yer almışdı: hüquqazidd əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir...

Elə buna söykənən yerli KİV ekstrasesnsayağı proqnozlar verərək yeni həbslərin olacağını, hətta bu prosesin BNA şefi Vüsal Kərimlini də saracağını xəbərləməyə başladı. Doğrudur, hazıra hansısa bu qəbildən materiala rast gəlinmir. Amma aydın olanı odur ki, proses hələ bitməyib və həqiqətən də hüquqi araşdırma gedir.

Bu prosesin Vüsal Kərimliyə hansısa formada toxunacağı isə gözlənilən deyil. Çünki elə həbslərin ilk günüdə mətbuata arın-arxayın açıqlama verən BNA şefi nə dərəcədə güvənilir mövqedə olduğunu afişə etmişdi.

DİA.AZ-ın bu yöndən aldığı informasiyalardan da aydın olur ki, Vüsal Kərimli cənabları posiziyalarını qoruyub, amma yaxın günlərdə vəziyyət dəyişə də bilər: "Hələlik, yekun nəsə demək olmaz... hər şey Kərimlinin himayədarlarının mövqeyindən asılıdır".

Nə baş verir? Bu barədə daha detallı növbəti yazımızda...

Bizi izləməyə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt