Əsas Səhifə > Sosial, Manşet > Gəncənin özü kimi problemləri də qədimdir...

Gəncənin özü kimi problemləri də qədimdir...


3-08-2023, 08:27
Gəncənin özü kimi problemləri də qədimdir...
DİA.AZ: - Azərbaycanın ikinci ən böyük şəhəri olan qədim Gəncəmizdə deyəsən, elə problemlər də mahiyyətcə tarixiləşir... Bunu vətəndaşları narahat edən məsələlərin illər ərzində həll olunmamasından da görmək mümkündür. DİA.AZ bildirir ki, hal-hazırda ciddi sosial problemlərin yaşandığı Gəncədə sakinlər həm də yerli icra qurumlarının fəaliyyətsizliyindən, edilən müraciətləri qulaqardına vurmalarından da giley edirlər.

Aşağıda təqdim edəcəyimiz videosüjetdə isə aydın olur ki, narazı vətəndaşlar şəraitsizliyin əzihyyəti ilə üz-üzə qalıb. Gəncənin “Natəvan 2” adlanan yaşayış massivi sakinləri yaşadıqları ərazinin problemlərindən şikayətçidirlər.

"Belə yaşayış olarmı? 20 ildir hər yerə müraciət edirik" deyə narazılıq edən sakinlər müraciətlərinə baxılmadığını da bildirirlər.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı olan qurum və şəxsləri dinləməyə hazırıq...

Geri qayıt