Əsas Səhifə > Sosial, Manşet > Beyləqanda internet rəsmən problemə çevrilib...

Beyləqanda internet rəsmən problemə çevrilib...


1-07-2023, 12:43
Beyləqanda internet rəsmən problemə çevrilib...
DİA.AZ: - "Son aylardır ki, Beyləqanda internet problemi yaşanır!" DİA.AZ bildirir ki, bu etirazla tanınmış jurnalist, əslən Beyləqandan olan Ramin Məhəmmədoğlu çıxış edib.

Yaşadığı rayonda internetin rəsmən problemə çevrilməsinə diqqət çəkən. R.Məhəmmədoğlu eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə də xitab edir. Jurnalist bildirir:

"İnternetə qoşulan abonentlər intenetdən istifadə etmək üçün hər ay 15-20 manat internet haqqı ödəyir, ancaq internetdən istifadə edə bilmirlər.

Nə baş verir? Olmaya, sizdəmi insanların cibinə girməklə mənfəət toplamaq niyyəti güdürsünüz?.."

Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı olan qurum və şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt