Əsas Səhifə > Sosial, Manşet > Laçına YENİ KÖÇ: Həm də canlarını qurtarırlar...

Laçına YENİ KÖÇ: Həm də canlarını qurtarırlar...


25-06-2023, 07:41
Laçına YENİ KÖÇ: Həm də canlarını qurtarırlar...
DİA.AZ: - Bu gün Laçın şəhərinə növbəti köç başlayır.

DİA.AZ xəbər verir ki, daha 15 ailə (53 nəfər) doğma yurduna geri dönür.

Qeyd edək ki, köç saat 07:00-da Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.

Onu da bildirək ki, sakinlər təkcə 30 illik həsrətdən sonra doğma yurdlarına qayıtdıqlarına görə sevinmirlər, həm də hazırki şəraitsizlik və riskli yaşamdan canlarını qurtardıqlarına görə də sevinirlər. Bu yüzdə-yüz belədir.

Çünki bu vaxta qədər “Qobu park” yaşayış kompleksinin sakinləri yaşadıqları binanı inşa edən “Kristal Abşeron” şirkətindən müxtəlif səbəblərlə dəfələrlə şikayət ediblər. Və ən acınacaqlısı da odur ki, hər dəfə sözügedən şirkətin rəhbərliyi müraciətləri qulaqardına vurub.

Elə buna görə doğma yurdlarına köçən sakunləri hamılıqla təbrik edə bilərik...

Geri qayıt