“Bakavtoservis”in rəhbərliyi dəyişə bilər .....                     “Cənubtikintiservis”in səhmdarlarının təkrar yığıncağı keçiriləcək .....                     Ağalı kənd məktəbinin direktoru vəzifəsindən azad edilib .....                     Taksilər azalıb, qiymət qalxıb, sərnişinlər isə... .....                     Agentlik avtobuslar üçün texniki xidmətlərə 3 milyon .....                     Pezeşkian-Cəlili mübarizəsində ikinci tur və ya “ağaları kimi məsləhət bilibsə...” .....                     Bakıda budanma adı ilə ağacları doğrayıblar .....                     "Lalə Şövkət Bakıdadır, bağındadır, amma mümkün deyil..." .....                     “Beş Su-27 qırıcısının itkisi Ukrayna üçün bu günə qədər ən bahalı itkidir” .....                     "Dələduzlarla vuruşmaq fikrim yoxdur" .....                     Tərtərdə polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib .....                     “Şərur MTK” binasında lift “terroru”nun qurbanları danışdı .....                     Taksi fəaliyyətində "yeni" dövr: .....                     "Harada mənasız tədbir, reket üsulları ilə mükafatlandırma mərasimləri varsa, orada başda otururlar" .....                     Nazirlik Elvira Rafiqqızına cərimə yazdı .....                     6 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin edilib .....                     "Mən yük gətirməmişəm, ailəmlə qaçqın kimi məcburi gəlmişik" .....                     “İndiki verilişlərə valideyn uşağın yanında, uşaq da valideynin yanında baxmağa utanır” .....                     “Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri... .....                     "Bu qərarı verməyimin əsl səbəbini yaxın günlərdə açıqlayacağam" .....                     Azərbaycanda 2,3 milyon manatlıq şirkət .....                     Demirören Azərbaycanda daha bir şirkət açdı .....                     Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub .....                     Türkiyə vətəndaşı Azərbaycanda 100 min avroluq şirkət yaratdı .....                     MİT PKK/KCK-nin İsveç təşkilatlanmasının rəhbərini saxlayaraq ölkədən deportasiya edib .....                     "Moon Kids" Uşaq Bağçasının direktoru saxlanılıb .....                     YAP İdarə Heyətinin toplantısını çağırdı .....                     Qaradağda 2 iyul - Azərbaycan Polisi günü qeyd edildi .....                     Xətaidə də Polis Günü qeyd olundu .....                     “Ceyrançöl”də öldürülən çobanın atası cinayətin TƏFƏRRÜATINI açıqladı .....                     Səbaildə 2 İyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib .....                     Abşeron rayonunda “2 iyul – Azərbaycan Polisi Günü” qeyd edilib .....                     Zavod direktorundan Ali Attestasiya Komissiyasına qarşı .....                     "Pulsuz da versələr... “Kristal Abşeron”un binalarından ev almayın..." .....                     Əvəz Temirxan seçkiyə qatılır: .....                     24 seçki dairəsində 50-yə yaxın məntəqənin hüdudları dəyişəcək .....                     Əvəz Qocayevlə sədr niyə küsüb?... .....                     “COP29-a kimi Zəngəzur dəhlizi açılacaq” .....                     Nəsimi rayonunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirildi .....                     Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərindən biri “AzerGold”a verilib .....                 

“Gözümüzü sosial yardıma dikmişdik” - O DA BELƏ...
Tarix: 1-09-2023, 08:30 | Çap et
“Gözümüzü sosial yardıma dikmişdik”
Elnarə Binyətova Şamaxıda ağır şərtlərlə dörd uşaq böyüdür. Onun həyat yoldaşı bir neçə xəstəlikdən əziyyət çəkir. Bir neçə ay əvvəl ailənin sosial yardımı kəsilib. Binyətovlar qayğıların öhdəsindən gələ bilmir.

“Gözümüzü sosial yardıma dikmişdik”

Elnarə Binyətova danışır ki, həyat yoldaşı ağır xəstədir. Amma bazarda işləməyə məcburdur. Zahid Binyətovun vərəm xəstəsi olduğunu bildirir. Amma ağciyəri də sıradan çıxmağa başlayıb.

“Həyat yoldaşım bazarda 2 manata araba sürür. Hansısa yükü daşıyır ki, pul versinlər. Belə ağır xəstə o işi görməməlidir. İndi təcili müalicə olunmalıdır. Üç kurs müalicə etdirmişdik onu. Pulsuzluqdan dayandı. Heç təqaüd də vermək istəmirlər. Həyat yoldaşım yarımcan yaşayır. Ağciyərinə su gəlmişdi. O vəziyyətdə heç bir halda, araba dartmamalıdır. Vərəm çox əziyyət verir ona. Pis nəfəs alır. İcra hakimiyyətinə gedəndə də demişdim. Həyat yoldaşım bu şərtlərlə işləməməlidir. Dəfələrlə icra başçısının qəbulunda olmuşam. Həyat yoldaşımın pensiyaya ehtiyacı olduğunu demişəm”.

“Bu sentyabrdan uşaqların dördü də məktəbə gedəcək, çox çətin vəziyyətə qalmışıq”

Ailənin daimi gəlir yeri yoxdur. Sosial yardım kəsiləndən vəziyyət lap ağırlaşıb. Elnarə Binyətova deyir ki, sözün birbaşa mənasında yeməyə çörək tapmırlar:

“Bütün qayğıları sosial yardımla həll edirdik. Üç qızım, bir oğlum var. Böyük uşaq 16, kiçiyi 6 yaşındadır. Bu sentyabrdan dördü də məktəbə gedəcək. Çantanı hansı pulla alacam? Hər il nə əziyyətlə sosial yardım üçün tələb olunan sənədləri toplayırdım. İlin əvvəlindən kəsiblər. Çox çətin vəziyyətə qalmışıq. Gözümüzü o pula dikmişdik. Sosial yardımın sayəsində həyat yoldaşımı müalicə elətdirirdik. Uşaqların məktəb xərclərinin öhdəsindən gəlməyə çalışırdım”.

Bir müddət əvvəl sosial yardım müraciətinə imtina cavabı gəlib. Amma Elnarə Binyətova yenə ümidini kəsmir. O, yenidən sənədlər toplamağa başlayıb.

Ailənin böyük uşağı Nahid bu yerdə imtina sənədində “illik gəliriniz sıfra bərabərdir” yazısını xatırladır:

“Bizim gəlirimiz yoxdursa, deməli, yardım edilməlidir də”.

“Hökumət var, mən də ondan kömək istəyirəm”

Binyətovların ev şəraiti çox pisdir. Əvvəllər çörək bişirilməsi üçün nəzərdə tutulmuş yeri otağa çeviriblər. Elnarə Binyətova buranın atasının həyətindən onlara kəsilib verilmiş kiçik hissə olduğunu bildirir:

“Bizi evdən çıxarmışdılar, bura sığındıq. Fövqəladə Hallar Nazirliyinə də yazmışam. Qaldığımız yer qəzalıdır. Hökumət var, mən də ondan kömək istəyirəm. Çox yerə müraciət etmişəm. Eləcə quru sözdən ibarət məktub gəlir”.

Şamaxıda Binyətovların yaşadığı ərazidə onları çox kasıb ailə kimi tanıyırlar. 47 yaşlı qadın qonşuların, tanışların köməyi olmadan yaşaya bilmədiklərini deyir.

“Bizə əl tutanlar olmasa, acından ölərik. Qonşular nəsə gətirir. Həcc ziyarətindən gələnlər… Bazarda həyat yoldaşımı görənlər… Yoxsa heç nə tapmırıq yeməyə. Araba sürməklə ev dolanmaz…”.

Ailənin təbii qaza görə borcu 300 manata çatır. Buna görə daha qaz yandıra bilmirlər:

“Odun parçaları tapıb həyətdə qalayırıq. O cür yemək bişirməyə çalışıram. Kommunal xərcləri heç cür ödəyə bilmirik. Həyat yoldaşımın vəziyyətini görürsünüz… Özüm də xəstəyəm. Gözümdə mirvari suyu var. Bir gün gözlərim tutulacaq. Belə olsa, bizim ailənin taleyi necə olacaq?”

İşləyib ailəsinə kömək etməyə çalışan məktəbli…

Ana deyir ki, oğlu bir neçə ilə əsgər gedəcək, amma indi düz-əməlli qidalanmır. Nahidin oxumaq istəyi olub. Amma ən adi qayğıların öhdəsindən gələ bilməmək imkan verməyib. Evin böyük uşağı işləmək məcburiyyətində qalıb.

“Hər yay restoranda günü 7 manata işləyirəm. Başqa vaxtlar da iş tapmağa çalışıram. Həmişə olmur. Ailəmə mütləq kömək etməliyəm”, – Nahid deyir.

Elnarə Binyətova təkrar-təkrar çox əziyyət çəkdiklərini danışır. Uşaqlar yenə nimdaş geyimdə məktəbə gedəcəklər:

“Bircə onları böyüdə bilsəydim…”.

İcra başçısının müavini: “Əgər vətəndaş bizə müraciət edirsə…”

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, eyni zamanda, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova Meydan TV-yə bildirib ki, icra hakimiyyəti Şamaxıda maddi-sosial durumu ağır olan vətəndaşlara mümkün qədər dəstək olmağa çalışır:

“Konkret bu vətəndaş (Elnarə Binyətova-red.) bizə müraciət edibmi, yoxsa yox – bunu araşdırarıq. Ümumiyyətlə isə əgər vətəndaşlar bizə müraciət edirsə, biz araşdırırıq, bacardığımız qədər, səlahiyyətlərimiz çərçivəsində kömək edə bilirik”.
//meydanTV//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bakavtoservis”in rəhbərliyi dəyişə bilər
Bu gün, 00:05
“Cənubtikintiservis”in səhmdarlarının təkrar yığıncağı keçiriləcək
Bu gün, 00:02
Ağalı kənd məktəbinin direktoru vəzifəsindən azad edilib - AÇIQLAMA
Dünən, 19:32
Taksilər azalıb, qiymət qalxıb, sərnişinlər isə... - “35 dərəcə istidə kondisionersiz getmişik”
Dünən, 19:00
Agentlik avtobuslar üçün texniki xidmətlərə 3 milyon - XƏRCLƏYƏCƏK
Dünən, 18:56
Pezeşkian-Cəlili mübarizəsində ikinci tur və ya “ağaları kimi məsləhət bilibsə...” - GƏLİŞMƏ
Dünən, 18:04
Bakıda budanma adı ilə ağacları doğrayıblar - AXI NİYƏ?
Dünən, 18:02
"Lalə Şövkət Bakıdadır, bağındadır, amma mümkün deyil..." - Oğlu açıqladı
Dünən, 18:00
“Beş Su-27 qırıcısının itkisi Ukrayna üçün bu günə qədər ən bahalı itkidir” – Forbes
Dünən, 17:58
"Dələduzlarla vuruşmaq fikrim yoxdur" - Sərdar Cəlaloğlu seçkidən danışdı
Dünən, 17:55
Tərtərdə polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib - FOTO
Dünən, 17:50
“Şərur MTK” binasında lift “terroru”nun qurbanları danışdı – Şərurlu İsfəndiyara ŞOK ittihamlar
Dünən, 17:46
Taksi fəaliyyətində "yeni" dövr: - verilən sifarişə "köhnə" maşınlar gəlir
Dünən, 17:43
"Harada mənasız tədbir, reket üsulları ilə mükafatlandırma mərasimləri varsa, orada başda otururlar" - İki deputata BİR ŞİLLƏ...
Dünən, 17:41
Nazirlik Elvira Rafiqqızına cərimə yazdı - Hansı qaydanı pozub?
Dünən, 17:38
6 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin edilib - ƏMR
Dünən, 17:36
"Mən yük gətirməmişəm, ailəmlə qaçqın kimi məcburi gəlmişik" - GİLEY
Dünən, 17:34
“İndiki verilişlərə valideyn uşağın yanında, uşaq da valideynin yanında baxmağa utanır”
Dünən, 17:22
“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri... - BU NƏDİ BELƏ?!
Dünən, 17:10
"Bu qərarı verməyimin əsl səbəbini yaxın günlərdə açıqlayacağam"
Dünən, 17:02
Azərbaycanda 2,3 milyon manatlıq şirkət - TƏSİS EDİLİB
Dünən, 16:59
Demirören Azərbaycanda daha bir şirkət açdı – Şirkət nə iş görəcək?
Dünən, 16:58
Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Dünən, 16:57
Türkiyə vətəndaşı Azərbaycanda 100 min avroluq şirkət yaratdı
Dünən, 16:56
MİT PKK/KCK-nin İsveç təşkilatlanmasının rəhbərini saxlayaraq ölkədən deportasiya edib
Dünən, 16:54
"Moon Kids" Uşaq Bağçasının direktoru saxlanılıb - "İlin iş xanımı" seçilmişdi
Dünən, 16:51
YAP İdarə Heyətinin toplantısını çağırdı - QƏRAR VERİLƏCƏK
Dünən, 16:49
Qaradağda 2 iyul - Azərbaycan Polisi günü qeyd edildi
Dünən, 16:41
Xətaidə də Polis Günü qeyd olundu - FOTO
Dünən, 16:31
“Ceyrançöl”də öldürülən çobanın atası cinayətin TƏFƏRRÜATINI açıqladı - İLGİNC İDDİALAR...
Dünən, 16:28
Səbaildə 2 İyul - Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib
Dünən, 16:25
Abşeron rayonunda “2 iyul – Azərbaycan Polisi Günü” qeyd edilib - FOTO
Dünən, 16:23
Zavod direktorundan Ali Attestasiya Komissiyasına qarşı İDDİA
Dünən, 16:19
"Pulsuz da versələr... “Kristal Abşeron”un binalarından ev almayın..." - ÇAĞIRIŞ
Dünən, 16:16
Əvəz Temirxan seçkiyə qatılır: - Hansı dairədən namizəd olacaq?
Dünən, 16:14
24 seçki dairəsində 50-yə yaxın məntəqənin hüdudları dəyişəcək - AÇIQLAMA
Dünən, 16:11
Əvəz Qocayevlə sədr niyə küsüb?... - İTTİHAM VAR...
Dünən, 16:07
“COP29-a kimi Zəngəzur dəhlizi açılacaq” – Ermənistan bu öhdəliyi götürə bilər
Dünən, 15:53
Nəsimi rayonunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirildi - FOTO
Dünən, 15:50
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərindən biri “AzerGold”a verilib
Dünən, 15:49
Azərbaycanın müdafiə naziri Belarusa səfər edib
Dünən, 15:19
Qiymət dəyişikliyi hansı məhsulların bahalaşmasına SƏBƏB OLACAQ? - AKTUAL
Dünən, 15:15
"Atlant" İstirahət Mərkəzində natəmizlik... - AXI NİYƏ?
Dünən, 15:14
Belarusu müharibəyə cəlb etmək istəyirlər - “RİA Novosti”
Dünən, 15:10
Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı: - "Digər iddialarımız da var..."
Dünən, 15:09
BANM tələbələri DAAD təqaüdlərini qazanıb
Dünən, 15:03
Damlaya görə bu şadlıq sarayı bağlandı - GERİ ZƏKALI FARS...
Dünən, 15:01
Laçında layihələndirilmə işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 14:57
Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb, pilot həlak olub
Dünən, 14:51
Şıx ərazisində əhali çirkabın içində üzür - NƏ VAXTA QƏDƏR?
Dünən, 14:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru