![Qəpik güdüb milyoner olmaq istəyirlər? Qəpik güdüb milyoner olmaq istəyirlər?](https://dia-az.info/uploads/posts/2023-06/thumbs/1686374597_0001.jpg)
DİA.AZ: - "Maaş aldığm bank hər ay mənə kartıma yüklənən məbləğ barədə 1 mesaj göndərirdi. Bu aydan dayandırılıb. Səbəbi ilə maraqlananda bəlli oldu ki, ayda göndərdiyi bir mesaja görə bank məndən hər ay 1 manat xidmət haqqı istəyir, bu ildə 12 manat edir..." DİA.AZ bildirir ki, bu barədə sosial çəbəkələrdəki paylaşımında tanınmış jurnalist Qadir Həzi giley edir.
Daha sonra Q.Həzi davam edir:
"Xub! Belədə mənim abunə olduğum "Azercell"də bir mesaj 4 qəpikdir və bu da ildə 48 qəpik edir.
Bank bunu hesablaya bilmir, yoxsa bizi?.. Nə isə, lənət şeytanlaşmaya rəvac verənlərə..."
![Qəpik güdüb milyoner olmaq istəyirlər? Qəpik güdüb milyoner olmaq istəyirlər?](https://dia-az.info/uploads/posts/2023-06/thumbs/1686374667_01.jpg)
Qeyd edək ki, jurnalistin dəlil kimi paylaşdığı mesajlaşmadan söhbətin "ATB" bankdan getdiyi anlaşılır...
Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...