Qarabağdan dünyaya verilən türk birliyi mesajı .....                     Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində .....                     Borrel Orban və Tatarın Şuşa səfərini niyə pisləyir... .....                     "Polisə silahlı müqavimət göstərməyə görə cəza sərtləşdirilməlidir" .....                     Bu gündən Məhərrəm ayı başlayır .....                     Bakı-Tehran münasibətlərində yeni dönəm... .....                     Paşinyandan azərbaycanlı prezidentə .....                     Müharibə rusları yarı böldü: 50 faiz Ukrayna ilə sülh istəyir .....                     "İranda Prezident hər məsələni həll eləmir" .....                     Güney Qafqazda əbədi sülh... .....                     NATO-ya gedən yolda “körpü” .....                     Bakıda polis zabitinə SİLAHLI HÜCUM .....                     "Bunları edən heç jurnalistlər də deyil, adi insanlardır" .....                     Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək .....                     AZAL onun adından aparılan saxta kampaniyalara inanmamağa çağırır .....                     Deputatlığa namizədliyini irəli sürənlərin .....                     Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək .....                     O icazə versə, deputatlığa namizəd olacam .....                     Tanınmış “qanuni oğru” Teko Tbilisskinin “sillə vuranlarına” AĞIR CƏZA .....                     Mərkəzi İncəsənət Məktəbinin direktoru işdən çıxarıldı .....                     ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb .....                     “Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ .....                     Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? .....                     "Bakı Sənaye Tikinti" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək .....                     Rüfət Hacıyevin məhkəməsi başladı .....                     Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirəcək .....                     Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?.. .....                     Pezeşkiandan ilk açıqlama .....                     "Bu yol heç bir siyasətçini irəli apara bilməz" .....                     Sabahdan Məhərrəm ayı başlayır .....                     Bakı Ağ Evin bu təklifini rədd etdi: Sülh sənədi masadan götürüldü .....                     Çinlə strateji tərəfdaşlıq ölkəyə böyük pullar gətirəcək... .....                     Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ .....                     Sülhdən imtina edən Ermənistana “sülh yardımı” .....                     Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... .....                     Sunak getdi: Londonun Qafqaz siyasəti necə olacaq? .....                     Daha bir deputatın mandatı şübhə altında .....                     Oğuzda narkokuryer saxlanılıb .....                     Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj edən şəxs saxlanıldı .....                     Meyvə yeşikləri üzərindəki "VƏTƏNPƏRVƏRLİK"... .....                 

Cəlilabad `Hərbi Komissarlığı`nda əməllicə `alver` gedir - İTTİHAM
Tarix: 8-06-2023, 08:33 | Çap et
Cəlilabad `Hərbi Komissarlığı`nda əməllicə `alver` gedir
"Xidmət etmək sayılır kişilikdən nişana,
Xalqına xidmət etmək bir şərəfdir insana".


Dahi şair Nizami Gəncəvinin hələ bir neçə əsrlər əvvəl "Sirlər xəzinəsi"ndə vurğuladığı bu beyt taa o zamandan bu zamana qədərki bütün oxucuları, eləcə də el arasında "məmur tayfası" deyilən bütün səlahiyyət sahibləri üçün örnək olacaq sözlərdir. Çox təəssüflər olsun ki, elə bir zamana gəlmişik ki, əlində kiçik-böyük fərq etmir, hər hansı bir səlahiyyəti olanların çoxlarının ilk ticarəti öz vicdanı olur. Pul qarşılığında insanlığa, vicdana (olan yerdən) sığmayan elə işlərə imza atırlar ki, adamın "əli-ayağı yerdən üzülür".

İnsanların sağlamlığı üzərində alış-veriş edən kim, mənəviyyatı üzərindən edən kim, qul haqqını yeyən kim və sair... Nələr gördük, nələr eşitdik bu balaca ölkədə. Bir "əsgər alveri"ni eşitməmişdik, 2021-ci ildə onu da eşitdik. Amma, deyəsən hələ 2021-ci ildə məlumatını aldığımız SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi (Hazırkı Sabirabad rayon şöbəsinin rəisi) Əlsafa Məmmədov bu biznesdə tək deyilmiş. Biz Beyləqan sakinlərinin redaksiyamıza ünvanladığı məktubu oxuyan zaman həm çox təəssüflənib, həm də çox təəccüblənmişdik. Hansı ki, 2020-ci ildə müharibə ərəfəsində, hər kəsin həssas dönəmində - kiminin balasından, kiminin atasından, kiminin həyat yoldaşından, kiminin nişanlısından, kiminin dostundan nigaran olduğu bir dönəmdə sən demə kimlərsə də insanlığa sığmayan ticarətini düşünürmüş - sözün əsl mənasında "ƏSGƏR ALVERİ".

Biz məlumatı alar-almaz qarşı tərəflə əlaqə saxladıqdan, həmçinin aidiyyatı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də rəsmi sorğu göndərdikdən sonra "DogruXeber.az" informasiya portalında yayımladıq. Yalnız bundan sonra xidmətin o zamankı rəhbəri Arzu Rəhimov qohumu olduğu deyilən Əlsafa Məmmədovu güya işdən çıxardı. Lakin, çox qısa zaman içərisində eyni vəzifə ilə Sabirabad rayonuna göndərdi. Bu isə "gedin sualınızı rəhbərliyə verin" deyən Əlsafa Məmmədovun bu sözü niyə dediyinin, eləcə də rayon sakinlərinin onun Arzu Rəhimovla qohumluğu barəsində dediklərinin həqiqəti əks etdirdiyinin aşkar göstəricisi idi.

Amma, görünür rəhbərinə və rəhbərlikdə çalışan bəzi səlahiyyət sahiblərinə kürəyini söykəyib özünə dövlət xidmətində biznes quran təkcə Əlsafa Məmmədov deyilmiş.

Belə ki, bir neçə gün əvvəl Cəlilabad rayon sakinləri tərəfindən redaksiyamıza daxil olan bir məlumatı yayımlamışdıq. Hansı ki, həmin məlumatda SHXÇDX-nin Cəlilabad rayon şöbəsində çalışan zabit Mahir Əkbərovun əli ilə kimlərinsə hərbidən yayınmasında bəhs edilirdi.
Deyilənə görə Cəlilabad rayonunda Mahir Əkbərovun "xüsusi köməkliyi" ilə hərbidən yayınanların əksəriyyəti "yastıpəncəlilik" diaqnozu ilə yayındırılır.

Bu dəfə isə mövqe öyrənmək istərkən, özündən razı halda yüksək səs tonu ilə - "mənə telefonla niyə zəng etmisiniz?", deyib telefonu söndürən Mahir Əkbərovun bütün bunları kimlərin əli ilə həyata keçirdiyini, eləcə də bizə göndərilən adlardan (hansı ki, deyilənə görə rüşvət müqabilində saxta diaqnozla yayındırılıb) hələlik ikisini sizə təqdim edəcəyik.

İlk əvvəl burdan başlayaq ki, mənbənin redaksiyamıza bildirdiyinə görə Mahir Əkbərovun bütün bu saxta diaqnozları əldə etməsində əsas "tərəf müqabili" hərbi həkim komissiyasının sədri Vüqar Mirzəyevdir.

Məhz Vüqar Mirzəyevin birbaşa yardımı ilə hərbidən yayınmaq istəyən şəxslər üçün müəyyən məbləğ qarşılığında saxta diaqnozlar verilir.

Məsələn, Cəlilabad rayon Buravar kənd sakinləri Abasov Sahib Eyvaz oğlu, Şahmarov Ramil Əlhüseyn oğlu və sair şəxslər bu yolla çağırışdan yayınanlardandır.

Hətta, saxta hərbi bilet verilən şəxslər var ki, heç ümumiyyətlə Azərbaycanda yaşamırlar, amma "möcüzə"yə baxın ki, sərhəddi bəri keçmədən hər dəfə vaxtlı-vaxtında hərbi həkim komissiyasından keçirlər.

Məsələn, Cəlilabad rayon Hamarqışlaq kənd sakini Astanov Mais Əzizağa oğlu özü ölkədə olmadan təkrar tibbi komissiyadan keçib. Eləcə də əldə etdiyimiz məlumata görə Mais Astanov kimiləri Cəlilabad rayonunda yüzlərlədir.

Bundan əlavə əsgərlik yaşına çatmış abituriyentlər var ki, onlar bu səbəbdən ali məktəblərə sənəd verə bilmirlər. Belə olan halda, yenə də onların köməyinə SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəisi Vüsal Həsənovun da rəhbərliyi ilə Mahir Əkbərov və Vüqar Mirzəyev birliyi çatır. Belə ki, mənbənin redaksiyamıza bildirdiyinə görə, həmin abituriyentlərə 3 aylıq möhlət əldə etmək üçün 1500 (min beş yüz) manat qarşılığında, müxtəlif sağalan xəstəlik diaqnozları verilir, 6 aylıq möhlət üçün isə 2200-2500 manat arası məbləğ tələb olunur. Həmin məbləği ödəyən şəxslər göndəriş əsasında Bakı şəhərinə müəyyən xəstəxanalara göndərilir, güya müayinələrdən keçirilir və lazım olan arayış verilir.

Qeyd edək ki, redaksiyamıza etibarlı mənbələrdən verilən məlumata görə o, abituriyentlərə möhlət hüququnun verilməsi işinidə əsasən komisarlıqda mülki işdə işləyən Ramil Həsənov baxır. Yəni, ortada pul alıb-verən, rayon sakinlərinin özünün dili ilə desək, "makler" Ramil Həsənovdur.

Yeri gəlmişkən, növbəti yazılarımızda qısamüddətli xəstəlik diaqnozları təyin edən həmin xəstəxanaların da adlarını qeyd edəcəyik.

Hə, indi gələk əsas məsələyə. Demək, redaksiyamıza etibarlı mənbədən verilən məlumata görə Mahir Əkbərova "krişalıq" edənlərdən biri Hərbi Prokurorluqda, digəri isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətində çalışır.

Bu dəfə həmin şəxslərin adlarını çəkmirik. Çünki, redaksiyamız adından SHXÇDX-nə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi sorğular göndərmişik. Növbəti yazılarımızda aidiyyatı qurumların məsələyə münasibətini və həmin şəxslərin adlarını qeyd edəcəyik.

P.S: Təəssüf ki, müəyyən səbəblərdən Vüqar Mirzəyev və Ramil Həsənovla əlaqə saxlayıb, məsələyə münasibətlərini öyrənməyimiz mümkün olmadı.
Bütün bu məlumatlarla bağlı adı çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağdan dünyaya verilən türk birliyi mesajı - AKTUAL
Bu gün, 15:20
Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində
Bu gün, 15:17
Borrel Orban və Tatarın Şuşa səfərini niyə pisləyir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:15
"Polisə silahlı müqavimət göstərməyə görə cəza sərtləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 15:11
Bu gündən Məhərrəm ayı başlayır
Bu gün, 07:07
Bakı-Tehran münasibətlərində yeni dönəm... - Rəisidən sonrakı mərhələ
Bu gün, 06:57
Paşinyandan azərbaycanlı prezidentə XOŞ SÖZLƏR...
Bu gün, 06:55
Müharibə rusları yarı böldü: 50 faiz Ukrayna ilə sülh istəyir - GƏLİŞMƏ
Bu gün, 06:51
"İranda Prezident hər məsələni həll eləmir" - deputat
Bu gün, 06:49
Güney Qafqazda əbədi sülh... ALINACAQMI?
Bu gün, 06:46
NATO-ya gedən yolda “körpü” – 3 strateji hədəf
Bu gün, 06:42
Bakıda polis zabitinə SİLAHLI HÜCUM - TƏFƏRRÜAT
Bu gün, 06:39
"Bunları edən heç jurnalistlər də deyil, adi insanlardır"
Bu gün, 06:35
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək - DİQQƏT
Bu gün, 06:32
AZAL onun adından aparılan saxta kampaniyalara inanmamağa çağırır
Dünən, 17:09
Deputatlığa namizədliyini irəli sürənlərin SAYI AÇIQLANDI
Dünən, 17:03
Azərbaycan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcək - MƏQALƏ
Dünən, 11:42
O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı
Dünən, 11:22
Tanınmış “qanuni oğru” Teko Tbilisskinin “sillə vuranlarına” AĞIR CƏZA - TƏFƏRRÜAT
Dünən, 11:14
Mərkəzi İncəsənət Məktəbinin direktoru işdən çıxarıldı - SƏBƏB
Dünən, 11:11
ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb - FOTO
Dünən, 11:04
“Deluxe Residence” MTK-dan ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ...
Dünən, 10:54
Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanı niyə “qara” siyahıya salıb? - Agentlik susur
Dünən, 10:49
"Bakı Sənaye Tikinti" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
Dünən, 10:45
Rüfət Hacıyevin məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 10:42
Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirəcək
Dünən, 10:40
Köçəryanı Azərbaycanın sərhədinə gətirən SƏBƏB NƏ OLDU?.. - VİDEO
Dünən, 10:16
Pezeşkiandan ilk açıqlama - Nə partiyam var idi, nə də…
Dünən, 10:12
"Bu yol heç bir siyasətçini irəli apara bilməz" - REAKSİYA
Dünən, 10:09
Sabahdan Məhərrəm ayı başlayır
Dünən, 10:06
Bakı Ağ Evin bu təklifini rədd etdi: Sülh sənədi masadan götürüldü - Görünəni odur ki...
Dünən, 09:46
Çinlə strateji tərəfdaşlıq ölkəyə böyük pullar gətirəcək... - ARAŞDIRMA
Dünən, 09:41
Prezident İlham Əliyev də Merihlə bağlı qərarı PİSLƏDİ - "...cəza ədalətsizdir"
Dünən, 09:38
Sülhdən imtina edən Ermənistana “sülh yardımı” - Aİ-nin növbəti qərəzi
Dünən, 09:16
Azərbaycan ətrafında kritik durum: Rusiya hədələdi, ABŞ tələsir, Çin isə... - NƏ BAŞ VERİR?
Dünən, 09:10
Sunak getdi: Londonun Qafqaz siyasəti necə olacaq? - AKTUAL
Dünən, 09:07
Daha bir deputatın mandatı şübhə altında - İDDİA
Dünən, 09:03
Oğuzda narkokuryer saxlanılıb
Dünən, 09:00
Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj edən şəxs saxlanıldı - FOTO
Dünən, 08:57
Meyvə yeşikləri üzərindəki "VƏTƏNPƏRVƏRLİK"... - AXI NİYƏ?..
Dünən, 08:52
Erməni baş nazir xilas olmaq üçün “yanan binadan tullanmalıdır” - GEDİŞAT
Dünən, 08:40
AAYDA-nın “köklü”ləri savaşır... - Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?
Dünən, 08:37
Paşinyan dəyişiklik yolunda... zorunda... - ƏGƏR...
Dünən, 08:30
Sökürlər, vəd etdiklərini vermirlər, NARAZILIQ YARANIR - AKTUAL
Dünən, 08:26
Azər Həsrətdən bozqurd işarəsi ilə bağlı SƏRT İSMARIŞ - “Hər kəs həddini bilsin, yerində otursun...”
Dünən, 08:20
"İşğal altındakı Şuşa həm də türk dünyasının məğlubiyyəti hesab olunurdu..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:15
Pezeşkian İranda keçirilən prezident seçkilərində qalib gəlib
Dünən, 08:00
"Hələ də, bəzi hallarda aktyor deyəndə səthi yanaşılır"
Dünən, 07:22
“Biz siyasəti cəmiyyətin xidmətinə qaytarmalıyıq” - Keyr Starmer seçicilərə söz verdi
Dünən, 07:14
Taksi xidmətinə ən azından 2024-cü ilin sonuna qədər vaxt verilməlidir - ÇAĞIRIŞ
Dünən, 00:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru