Əsas Səhifə > Şou-biznes > Ağadadaş Ağayev banka olan borcu əmlakına yönəldiləcək

Ağadadaş Ağayev banka olan borcu əmlakına yönəldiləcək


Dünən, 11:48
Ağadadaş Ağayev banka olan borcu əmlakına yönəldiləcək
Azərbaycanın xalq artisti Ağadadaş Ağayevin yeni qalmaqalla üzşləməsinə dair xəbər vermişdik.

Həmin xəbərdə bildirilir ki, Ağadadaş Ağayev bir neçə il əvvəl “DəmirBank”dan götürdüyü krediti bağlamadığı üçün məhkəməyə verilib.

Belə ki, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “DəmirBank” ASC qarşısında borc öhdəliyi olan Ağadadaş Ağayevdən banka olan borcunu tələb etsə də, o bunu ödəməkdən imtina edib. Nəticədə Fond xalq artistindən Binəqədi Rayon Məhkəməsinə şikayət verib.

Məhkəmə Ağadadaş Ağayevin illər əvvəl bankdan götürdüyü, amma ödəmədiyi krediti və onun hesablanan faizlərini qaytarması barədə qərar çıxarıb.

Məsələ ilə bağlı Gununsesi.info-nun əməkdaşı Ağadadaş Ağayevlə əlaqə saxlayıb.

Ancaq müğənni əməkdaşımızın mövzu ilə bağlı sualını eşidən kimi telefonun dəstəyini asıb.

Cəmiyyətə nümunə sayılacaq və xüsusilə dövlətin ali adını – xalq artisti adını daşıyan bir şəxsin bu cür hərəkəti birmənalı qarşılanmır.

Ağadadaş Ağayev birincisi bank qarşısındakı öhdəliyini yerinə yetirmir, digər tərəfdən də məhkəmə qərarına hörmətsizlik edir.

Hüquqşünas Bəhruz Bayramov Gununsesi.info-ya deyir ki, müğənninin banka olan borcunu qaytarması üçün hüquqi mexanizmlər var: “Mən bu işin mahiyyəti ilə tam məlumatlı deyiləm. Amma onun əmlakları var və yəqin ki, müvafiq qaydada borc onun əmlaklarına yönəldiləcək”.

Geri qayıt