Əsas Səhifə > Şou-biznes > Ağadadaş Ağayev təbii ki, Qallaher qədər məşhur və istedadlı deyil...
Ağadadaş Ağayev təbii ki, Qallaher qədər məşhur və istedadlı deyil...24-07-2024, 09:12 |
Castin Biber 2014-cü ildə Mayamidə küçə yarışlarına və sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs olundu. O, həmçinin Los-Ancelesdəki qonşusunun evinə yumurta atdığına görə hücum və vandalizmdə ittiham olunub. Bieber günahını etiraf etdi və təzminat ödəməyə və xeyriyyə işlərində iştirak etməyə məhkum edildi. ... 1991-ci ildə Sent-Luisdə "Guns N' Roses" qrupunun əfsanəvi solisti Aksel Rouz konsertdə şounu çəkən fanatı döymək üçün səhnədən atılıb. Bu iğtişaşlara səbəb olub və konsert dayandırılıb. Daha sonra Rose həbs olundu və asayişi pozmaqda ittiham edildi. O, bir neçə ay məhkəmədə qaldı və şərti cəzaya və cəriməyə məhkum edildi. "Oazis" qrupunun solisti Layam Qallaher 1998-ci ildə Avstraliyada bir oteldə jurnalistlərə hücum etdiyi üçün həbs olundu. O, gecəni həbsxanada keçirib və zaminə buraxılıb. ... Ağadadaş Ağayev təbii ki, Qallaher qədər məşhur və istedadlı deyil. O, heç Castin Biber səviyyəsində də deyil - Ağayevin yaşı 70-ə yaxın olsa da. Sosial şəbəkələrdə müğənnilər onun tərəfinə durub, müdafiə edirlər. "Dahi sənətkar", "Böyük Ustad", "Xalqın artisti" və sair ifadələrlə haqq qazandırırlar balta tolazlayan, sonra da dalaşan Ağayevə. Anlayıram, yaşlıdır, ölkədə tanınır, xalq artistidir, xəstədir. Onu yerə yıxıb döymək, təpikləmək və yumruqlamaq da qəddarlıq, qanunsuzluq, barbarlıqdır təbii. Fəqət... Tanınmış insan, yaşlı ata və baba, özünə sayğı gözləyən adam balta tolazlamaz. O balta dəyəydi kiminsə başına, sinəsinə - nə olacaqdı? Onu da anlayıram ki, Ağayevin səbr kasası daşıb, belə edib. Amma hadisədən sonra "canlı yayım açacam, açıqlama verəcəm" nə demək?! Ağayev üçün qanun, qayda istisnadır? Xalq artisti oldun, bir-iki mahnın populyarlaşdı - demək, hirslənəndə qarşındakılara balta atmalısan, dava etməlisən? Mühafizəçi mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır - bu, aprior məqamdı. Amma Ağadadaş Ağayev də qanun qarşısında cavab verməlidir. Və ona "Xalq artisti" verən xalqdan üzr istəməlidir. "Böyük Ustad", "Sənətkar" tipli epitetlər və ibarələr onun qanunla cəmiyyət qarşısında məsuliyyətinə sipər olmamalıdır. Onkoloji xəstəyə, xalq artistinə balta atmaq imtiyazı verilməyib. Bu mərəkədə ən tragikomik şərh müğənni Xatuna məxsusdur. Bəribaşdan yazım ki, həmin müğənninin adını ilk dəfə eşitdim və belə sənətçinin mövcudluğunu bildim. "Gələk indi o qafilə, amansız, vəhşi insana... Siz aşkar görmürsünüz ki, bu hərəkətləri edən biri sənətkara qanına toxunan elə söz-ifadələr işlədib ki, Ağadadaş müəllim də ağrısına, acısına, xəstəliyinə rəğmən bir kişi xeylağı olaraq aydınlaşdırmağa gəlib. Bu namərd də elə bil gücünü sınıyır, rinqə çıxıb, erməni döyür. Kişini döyməyi bəs deyil, bir də gedib "işverənlik" də edib, polisə ərizə yazır. Həm günahkar, həm güclü..." - buyurub Xatun. Sonda da qəmli birlik çağırışında bulunub: "Məşhurlar bir olaq, unutmayaq ki, hər yerdə kamera və namərdlər var". Bu şərhi şərh etmək belə, gülüncdür... Elçin ALIOĞLU - dia-az.site-İnfo Geri qayıt |