Əsas Səhifə > Şou-biznes > Sənətin qabaqcadan bəlli olan ölçüləri yoxdur...
Sənətin qabaqcadan bəlli olan ölçüləri yoxdur...23-07-2024, 08:16 |
Tez-tez deyirlər, niyə başqa sənət sahibi olmadın, bilmirdin ki, şeirə, romana bizdə pul verən yoxdur? Peşə ilə sənəti bir-birindən ayıra bilməyən gerizəkalı yığını. Peşə sənin seçdiyindir! Dəmirçi, kömürçü və s. Sənət səni seçəndir! Şair, bəstəkar və s. Yalnız Orta əsr düşüncəsində ilişib qalmış xalqlar sənəti peşə kimi anlayırlar və onu faydalılığına görə dəyərləndirirlər. Yaxud totalitar sistemlər sənəti peşəyə çevirirlər. Məsələn, keçmiş sovet ittifaqında şairlik, yazıçılıq, bəstəkarlıq və s. sənət sahələri peşələşdirilmişdi. Çünki bəlli standartlar vardı və hər bir sovet şairi, yazıçısı, bəstəkarı nəyi necə yazacağını, bəstələyəcəyini qabaqcadan bilirdi. (Öldürülən, sürgün olunan və qınına çəkilib ictimai imtiyazlardan imtina edən təsadüfi sənət adamlarını çıxmaq şərtilə) Sənətin qabaqcadan bəlli olan ölçüləri yoxdur. Əsl sənətin gəlir gətirməməsinin səbəbi də budur; onun ölçülərinin cəmiyyətin gözləntiləriylə üst-üstə düşməməsi. Cəmiyyət, xalq ölçə bildiyinə dəyər verir. Çünki yalnız ölçə bildiyindən faydalana bilir. Din deyir, allah doğmayıb, doğulmayıb, yəni ölçülə bilən deyil, xalq onu Həcclə, namazla, qurbanla ölçülə bilən şəklə salıb faydalanmaq istəyir. Ümumiyyətlə, əsl sənət və sənət adamı insanlıqla öz arasındakı uçrumu doldurmağa çalışan deyil, daha da dərinləşdirəndir. Aqşin YENİSEY - Dia-az.İnfo Geri qayıt |