Əsas Səhifə > Şou-biznes > Səidə "Avroviziya"ya getmək istəyir

Səidə "Avroviziya"ya getmək istəyir


13-05-2024, 07:55
Səidə "Avroviziya"ya getmək istəyir
Azərbaycan estradasının ən çılğın ulduzu Səidə Sultan gələn il İsveçrədə keçiriləcək “Avroviziya-2025” mahnı müsabiqəsində çıxış etmək istəyir.

Dia-az.info xəbər verir ki, bu barədə müğənninin özü açıqlama verib:

“Əgər bizə qalibiyyət bəxş edəcək mahnı hazırlanarsa mən böyük fəxr və sevgi ilə ölkəmizi bu mötəbər yarışmada təmsil etməyə hazıram”.

Qeyd edək ki, İsveçrədən olan iştirakçı Nemo Mettler (Nemo) “The Code” mahnısı ilə 591 xal toplayaraq 68-ci dəfə keçirilən müsabiqənin bu ilki qalibi seçilib.

Geri qayıt