Azərbaycanda şəkərin qiyməti ucuzlaşacaq? .....                     Overçukun İrəvandan verdiyi mesajlar: həssas məqam, təhlükəli oyunlar .....                     Razılaşmanın 2024-cü ilin sonuna qədər reallaşması gözlənilmir .....                     Zelenski BMT-də Ukrayna üzrə sülh planını təqdim edəcək .....                     Hücumun ikinci hissəsi başladı .....                     Pezeşkiandan Azərbaycanla bağlı açıqlama .....                     Mİ6 rəisinin Bakıya səfərinin məqsədi nədir? .....                     Niderland şirkəti Azərbaycan bazarından gedir .....                     Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar .....                     Tıxacda qalan Bakı: .....                     Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı .....                     Müəllimlərə yeni status verilir? .....                     Prokuror sabiq deputat Nazim Bəydəmirliyə .....                     Fransa İrəvana niyə qucaq acdı? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı .....                     Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcək .....                     Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib .....                     Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib .....                     Valideynlər övladlarını niyə ictimai nəqliyyata etibar etmirlər? .....                     Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi .....                     Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə mikologiya sahəsində elmi əlaqələri genişləndirir .....                     Rusiyanın `ƏT GÜCÜ`... .....                     ABŞ Dövlət Departamentindən .....                     AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri... .....                     Xaricdən toyuq əti Azərbaycana 3, .....                     Paşinyan Azərbaycanla normallaşma prosesindən danışıb .....                     Lənkəranda məmurun qohumu DOST-da işdən çıxarıldı .....                     Qubadlının Mahruzlu kəndində tikilən evlər sel təhlükəsi ilə üzləşəcək .....                     Məktəbin təmirinə ayrılan vəsait “yeyilib” .....                     Rektorun Fransa sevgisi: .....                     Hacı Şahinin övladı da məktəbə başladı .....                     Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı .....                     Tokayevdən Şoltsa xəbərdarlıq: .....                     Direktor əsəbiləşdi, jurnalistin övladlarını liseydən qovdu .....                     "Azərbaycan sərhədi istədiyi yerdə çəkəcək" .....                     Sejurne İrəvanda ola-ola yeni vəzifəyə təyin olundu .....                     Orxan İsmayılov Britaniya şirkətinə rəhbər təyin edilib .....                     Qobu məktəbində təhsil bazarı: .....                     Bakıda həbsxanada .....                 

Baltalı qovğanın yeni epizodu – “Medera” nədən montaj studiyasına dönmüşdü?
Tarix: 7-09-2024, 08:50 | Çap et
Baltalı qovğanın yeni epizodu
Ağadadaş Ağayevin "Medera” hospitalını məhkəməyə verməsi təbiidir. İlk gündən bəlliydi ki, bu qovğada tərs bir şeylər, əndazələrin aşılması hadisəsi var.

İyul ayının üçüncü ongünlüyündə baş verən dava-dalaşın tərəfləri tanınmış sənətçi və klinikanın gözətçisi olsa da, ölkəni başına götürmüş qalmaqalda bir ilk baxışdan gözə görünməyən tərəf də vardı.

Bu, məhz “Medera” klinikasıydı. Adi bir məişət hadisəsini ölkənin ictimai-siyasi gündəminə pərçim edən, 7-dən 77-yə qədər hər kəsin bildiyi, müzakirə etdiyi bir ixtilafa dönüşdürən klinika rəhbərliyi olmuşdu.

Söz yox, yaşadığı ağrı-acı üzündən əsəblərini cilovlaya bilməyən sənətçi də, ona artıqlaması ilə cavab göstərən mühafizəçi də qatıldıqları davaya görə məsuliyyət, özü də cinayət məsuliyyəti daşıyırlar, amma klinika rəhbərliyinin məsuliyyət payı daha böyükdür.

Ona görə də Ağadadaş Ağayevin vəkili baş vermis hadisənin videogörüntülərini, onun klinikada müayinə və müalicəsi ilə bağlı məlumatları razılığı olmadan, qanunsuz formada ictimailəşdirildiyini, bunun hüquq normalarına zidd olduğunu bəyan edərkən haqlıdır.

Vəkil düz deyir, həmin görüntülər gerçəkdən də A.Ağayevin şəxsi həyatının gizliliyini pozub, onun şərəf və ləyaqətinə, ictimai nüfuzuna ciddi, bərpaolunmaz zərər vurub.

Təsəvvür edin ki, 42 ildən bəridir ölkənin şou-biznes sferasında populyar olan, hər kəsin tanıdığı bir sənətçi klinika rəhbərliyinin səyi nəticəsində ictimaiyyətə cinayətkar kimi təqdim edildi və xalqda yaradılmış ilk rəy sona qədər eyni cür qaldı, hələ də elədir.

Hadisə barədə “Medera” tərəfindən müxtəlif media qurumlarına servis edilən ilk xəbərin başlığı beləydi: “Ağadadaş Ağayev adam baltaladı”.

Sonra onsuz da brend olan bu ad-soyadın sıradan birinə, Ağayev Ağadadaş adlı başqa və adi adama məxsus olmadığını göstərmək üçün müvafiq başlığa “müğənni” sözü də əlavə edildi.

Ardınca təfərrüatlar yayıldı, məlum oldu ki, müğənni heç də kimisə baltayla şaqqalamayıb, üstünə gələn adama 10-15 metrdən balta atıb və balta klinikanın qapısından içəri keçib.

Bütün bu hadisələrin hamısının klinikanın İT mütəxəssisləri tərəfindən montaj edilmiş videogörüntüləri gen-bol yayılırdı.

Sonra iddia olundu ki, A.Ağayevin atdığı balta klinikanın xadiməsini yaralayıb. Ancaq ortada yaralı yox idi, sadəcə, bir qadının adı çəkilirdi. Daha sonra bəlli oldu ki, balta qadını ciddi yaralamayıb, eləcə, sapı qadının ayağına toxunub. Videoların birində görünürdü ki, bir qadın qıvraq hərəkətlə baltanı yerdən götürüb gizlətməyə aparır.

Lap axırda mühafizəçinin 67 yaşlı müğənnini idman fəndi ilə yerə çırpdığını, ona lazım olduğundan artıq zor tətbiq etdiyini əks etdirən görüntülər meydana çıxdı.

Bütün bunları “Medera” klinikası edirdi. Onun şəfa ocağı, yoxsa piar mərkəzi, montaj studiyası olması bəlli deyildi.

O zaman bir çox jurnalistlər məhz bu məqama vurğu edir, klinikanın sönükən ocağa benzin çilədiyini yazırdılar. Amma hamının başı tərəf tutmağa qarışmışdı, bir tirə xalq artistini yamanlayırdı, bir tirə onu müdafiə edir, mühafizəçini haqlı elan edirdi.

Budur, indi yayılmış istintaq materiallarına, həssas məlumatlara, məhkəmənin hökmü olmadan bir insanın cinayətkar adlandırılmasına görə cavab vermək lazımdır.

Maraqlıdır, “Medera” klinikasının rəhbərliyi nəyə görə həm özünü, həm də məşhur sənətçini dilə-dişə salmaq yolu seçib və bu işi belə canfəşanlıqla, hay-küylə, nyu-media fəndləri ilə həyata keçirirdi?

Buna səhih cavabı klinika rəhbərliyi verə bilər. Amma güman ki, onlar zeytun yağı kimi üzə çıxmaq səciyyəsi daşıyan hərəkətlərin qanun pozuntusu və özlərinin ziyanına olduğunu anlamayıblar.

Hazırda ölkədə hamı “Medera”nı Ağadadaş Ağayevin başına gələn hadisəyə görə tanıyır.

Elə Ağadadaş Ağayevin adı çəkiləndə də yada düşən ilk şey onun son 43 ildə oxuduğu mahnılar olmur, əlinə balta götürüb klinikaya hücum etməsi olur.

Bu hadisənin ölkədəki ictimai-siyasi ortamı nə qədər gərginləşdirdiyi, sinfi ziddiyyətləri üzə çıxardığını nəzərə alsaq, bu qovğanı bu şəkildə ictimailəşdirənlərin nə boyda qəbahətə yol verdikləri anlaşılar.

Gerçəkdən də bu hadisəyə görə insanlar cəbhələşmişdilər: orta təbəqədən aşağıda yaşayan insanlar kütləvi şəkildə müğənnini döyən mühafizəçinin tərəfindəydilər və bir “ağ adam”ın cəzalandırılması onlara ləzzət eləmişdi. Eyni zamanda özünü orta təbəqədən yuxarıda sayan adamlar da sənətçini bir proletar tərəfindən incidilən ağa rolunda görür, onun tərəfini tuturdular.

Qoy “Medera”nın cavabdehləri məhkəmədə desinlər, görək, niyə belə hərəkət ediblər.

Xalid KAZIMLI - Musavat.Com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda şəkərin qiyməti ucuzlaşacaq? - GÖZLƏNTİ
Bu gün, 19:02
Overçukun İrəvandan verdiyi mesajlar: həssas məqam, təhlükəli oyunlar - ŞƏRH
Bu gün, 19:00
Razılaşmanın 2024-cü ilin sonuna qədər reallaşması gözlənilmir - AKTUAL
Bu gün, 18:56
Zelenski BMT-də Ukrayna üzrə sülh planını təqdim edəcək
Bu gün, 18:24
Hücumun ikinci hissəsi başladı - Ukrayna ordusu Kurskda irəliləyir
Bu gün, 18:11
Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
Bu gün, 18:01
Mİ6 rəisinin Bakıya səfərinin məqsədi nədir?
Bu gün, 17:58
Niderland şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 17:52
Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurlayan qardaşlar saxlanılıblar - VİDEO
Bu gün, 17:47
Tıxacda qalan Bakı: - Problemdən çıxış yolu görünmür?
Bu gün, 17:36
Elman Rüstəmovun dəbdəbəli restoranı üzə çıxdı – ŞOK GƏLİŞMƏ
Bu gün, 17:33
Müəllimlərə yeni status verilir? - “Maaş və təqaüdləri artacaq”
Bu gün, 17:31
Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib
Bu gün, 17:29
Fransa İrəvana niyə qucaq acdı? - Detallar açıqlandı
Bu gün, 17:22
Vəzifəli şəxs vəfat etdi
Bu gün, 17:18
Fərid Səfərli ilə bağlı ŞOK detallar ortaya çıxdı - “Vəkil bizdən 5 min avro aldı, özü isə...”
Bu gün, 17:11
Pezeşkian yaxın vaxtlarda Türkiyəyə səfər edəcək
Bu gün, 17:06
Bəşər Əsəd Şoyqu ilə regional məsələləri müzakirə edib - FOTO
Bu gün, 17:00
Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib - FOTO, VİDEO
Bu gün, 16:51
Valideynlər övladlarını niyə ictimai nəqliyyata etibar etmirlər? -RƏY
Bu gün, 16:48
Azərbaycanda sabiq deputatın oğlu qəfil vəfat etdi
Bu gün, 16:47
Botanika İnstitutu İsveçrə Federal Tədqiqatlar İnstitutu ilə mikologiya sahəsində elmi əlaqələri genişləndirir
Bu gün, 16:43
Rusiyanın `ƏT GÜCÜ`... ARTIRILIR...
Bu gün, 16:38
ABŞ Dövlət Departamentindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Bu gün, 16:35
AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 16:20
Xaricdən toyuq əti Azərbaycana 3, mal əti isə 7 manata gətirilir
Bu gün, 16:16
Paşinyan Azərbaycanla normallaşma prosesindən danışıb
Bu gün, 16:14
Lənkəranda məmurun qohumu DOST-da işdən çıxarıldı - Ata-oğul avtomobili əzdilər
Bu gün, 16:13
Qubadlının Mahruzlu kəndində tikilən evlər sel təhlükəsi ilə üzləşəcək - FOTO
Bu gün, 16:10
Məktəbin təmirinə ayrılan vəsait “yeyilib” - İTTİHAM VAR...
Bu gün, 16:02
Rektorun Fransa sevgisi: - Vazeh Əsgərov 1 milyonluq noutbuk alır
Bu gün, 15:58
Hacı Şahinin övladı da məktəbə başladı
Bu gün, 15:56
Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı - DETALLAR
Bu gün, 15:51
Tokayevdən Şoltsa xəbərdarlıq: - "Rusiya yenilməzdir!"
Bu gün, 15:48
Direktor əsəbiləşdi, jurnalistin övladlarını liseydən qovdu - BU NƏDİ BELƏ?!
Bu gün, 15:47
"Azərbaycan sərhədi istədiyi yerdə çəkəcək" - Ohanyan
Bu gün, 15:39
Sejurne İrəvanda ola-ola yeni vəzifəyə təyin olundu
Bu gün, 15:38
Orxan İsmayılov Britaniya şirkətinə rəhbər təyin edilib - DOSYE
Bu gün, 15:36
Qobu məktəbində təhsil bazarı: - Direktorun dərs saatı bazarı və şagird aylığı
Bu gün, 15:32
Bakıda həbsxanada ÖLÜM
Bu gün, 15:25
Şübhəli narahatlıq... - AXI NİYƏ?
Bu gün, 15:24
Səttar Möhbalıyevin QARA İŞLƏRİ... ondan sorulacaq... - İDDİA
Bu gün, 15:22
Sərxan Kərəmoğlu Xalq artistinə “ənkə” dedi
Bu gün, 15:15
Bayılda yeni xəttə buraxılan avtobusların təkərini deşdilər - FOTO
Bu gün, 15:11
Böyükağa Şükürovun müəmmalı ölümü yenidən araşdırılacaq - DETALLAR
Bu gün, 15:09
Təhlükəli məktəb işə başladı - Müəllimlərin sayı şagirdlərdən çoxdur
Bu gün, 15:06
Revanşist Andranik Tevanyan Donetskə getdi
Bu gün, 15:00
Xanım sərnişinə "gəl qabaqda yanımda otur..." dedi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:55
Düzgün xidmət göstərməyən PROVAYDERLƏR - İnternetin sürəti niyə vəd edildiyi kimi DEYİL?
Bu gün, 14:52
Fransız şansonu zirehli texnika ilə: Ermənistan “hamısını birdən” alır - BU NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 14:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru