Əsas Səhifə > Siyasət > UCARDA “POLAD ALEMDAR” PROBLEMİ
UCARDA “POLAD ALEMDAR” PROBLEMİ30-10-2011, 19:52 |
HƏLƏ DƏ “POLİS MAFİYASI” RAYONDA AT OYNADIR DİA.AZ: - Ötən günlərdə Ucarda fəaliyyət göstərən "Kurtlar Vadisi" adlı cinayətkar qrupdan bəhs etmişdik. Bu gün yenidən redaksiyamıza həmin məsələ ilə bağlı məktub daxil olub. Bu arada “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) daxil olmuş həmin məktubu olduğu kimi əlavə şərhsiz diqqətinizə çatdırırıq: "Ucarda polis yenə “Üzəduranları” işə saldı. Yenə Ucar, yenə “Kurtlar Vadisi”, yenə “üzəduranlar”, yenə polisin himayədarlığı yenə yenə yenə...... Ucar rayonu respublikada ziyalılarına, ağsaqqallarına görə sayılıb seçilən rayonlardandır. Son zamanlar mətbuata verdiyimiz açıqlamalar, hüquq mühafizə orqanlarına göndərdiyimiz müraciətlər maddi sübutlar elə necə göndərmişik elə də qalıb. Yaxşı ki, bu mətbuat var. İctimaiyyətin diqqətinə bəzi məsələləri çatdırım qınaq yaratmaqla ürəyimizdə soyuqluq tapa bilirik. Allah bizim səsimizi cəmiyyətə çatdıran və çatdırmaqdan qorxan mətbuat orqanlarımızı var etsin. Çatdıranlar azad sözə demokratik fikrə qiymət verən insanlardı. Çatdırmayanları da başa düşürük. Allah Təala işlərini avand etsin. Nəzərinizə bir daha çatdırırıq ki, Ucar rayon polis şöbəsinin əməkdaşları özlərini “Kurtlar Vadisi” adlandıran cinayətkar dəstə ilə əlbir olaraq sözün əsl mənasında sakinlərə qan uddurmaqda davam edirlər. Qardaş, vallah yazıqdı bu millət. Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Milli Təhlükəsizlik Nazirliyinə rəsmi şəkildə də , mətbuat vasitəsilə də müraciət etdik. Bu günə qədər heç kimə gözün üstündə qaşın var deyən yoxdur. 23 oktyabr 2011-ci il saat 11-00 radələrində Ucar rayon sakini Cəfərov Akif Cəmşid oğlu “Kurtlar Vadisi” adlı mütəşəkkil cinayətkar dəstənin “Polad Ələmdar”-ı Ələkbərov Şahlar Xəlil oğlunun sifarişi ilə həmin rayonda bazarın yaxınlığındakı küçədə Abbasov Elşad Tofiq oğlu tərəfindən döyülüb. Belə ki, Elşad Abbasov Akif Cəfərovu yumruq-təpik və dəmir (küt alət) alət vasitəsilə (qarın və sifət nayihəsinə vurulmaqla) vəhşicəsinə döyüb. Hazırda zərərçəkmişin üzü şişmiş, sol qulağı tutulmuş və boyun nayihəsi də əyilmiş vəziyyətdə qalmışdır. Həmin tarixdə zərərçəkmiş Ucar rayon polis şöbəsinin təhqiqat rəsisi Abdulla müəllimə müraciət edərək bildirmişdir ki, iki nəfər şəxsə ev tapmaq üçün kömək göstərdiyim zaman Ucar rayon sakinləri Əliyev Elçin Naibə oğlu və Elşad adlı bir nəfərin məni təqib etdiyini hiss etmişdim. Daha sonra qəfil arxadan boynumun arxasından zərbə alaraq özümü itirib yerə yıxıldım və sonra da döyülərək bu vəziyyətə düşdüm. Hadisənin şahidi Kərimov Ələkbərin sözünə görə Elşad onun dükanına gələrək çantasını qoymaq istəyib. Sonra da ona bildirib ki “mənə bax gör indi mən burada nə edəcəyəm” az sonra Akifi yerdə yıxılmış vəziyyətdə gördükdən sonra Elşadın niyyətini anladım. Elşad və Elçin mənim dükanımda olduğu zaman Şahlar Ələkbərov Elçinə (Abdulheyə) yüksək səslə təlimat verirdi ki, “meyitini atın, sonra gəlin” mikrofonla gələn səsi təkrar-təkrar eşidirdim. Şahid onu da qeyd edir ki, bu mafioz dəstə hər işi aşkarda edir. Necə ki, Şahların sag əli olan Tağıyev Vaqif Yaqub oğlu mal-qara oğurluqlarını aşkar şəkildə etdiyi kimi. Arxası polis olandan sonra kimdən qorxacaqlar ki? Daha iki şahidlər isə hadisəni olduğu kimi izləyib. Cinayətkarlar yenə də köhnə əməllərini təkrarlayaraq qollarını lezva ilə kəsib polis şöbəsinə gediblər. Bilidirblər ki, Cəfərov Akif bizə xəsarət yetirib. Polis şöbəsinin Mahir adlı təhqiqatçısı da onlardan izahat alıb. Yalançı zərərçəkmiş və şahid qismində onlarla istintaq işlərində, saysız hesabsız məhkəmə proseslərində günahsız insanların həbsə atılmağına nail olmuş “Polad alemdar” Ələkbərov Şahlar(Şakir) və oğlu, “Memati” Hüseynov Azad və iki oğlu. Adıgedən Əliyev Elçin isə Şahların(polad alemdarın) sağ əli, 3 dəfə özünə xəsarət yetirərək günahsız insanları həbs etdirən, polislə əlbir olub yalançı şahidlik edən, Azərbaycan hökümətini, dövlətini nalayiq söyüşlərlə təhqir edən, 3 uazyaşlı uşağı öldürən, bir neçə bakirə qızın zorlayan və polisə rüşvət verməklə canını qurtaran cinayətkardır. Axı nəyə görə onlarla istintaq işləri zamanı şahid qısmində ifadə vermiş, saysız hesabsız məhkəmələrdə yalançı şahidlik etmiş şəxslər nə vaxta qədər polisin gözü qarşısında cinayət törədəcəklər onlar da göz yumacaq? Polis də hər zaman olduğu kimi cinayətkarı tutmaq əvəzinə başını tumarlayayacaq. Niyə? Nəyə görə? Cavabı birmənalıdır. Həmin cinayətkar vaxtilə polisin qanunsuz əməllərini bilir və istintaqda birdən polis əleyhinə ifadə verər. Ucar polisinə dəflərlə maddi sübut təqdim olunub. Cinayətkar Əliyev Elçin Çingizoğlunun hakimiyyəti və dövləti nalayiq söyüşlərlə təhqir etməsi barədə. Polis deyir ki, “mən onu tuta bilmərəm”. Nəyə görə qardaşım.? Məgər sən bu dövlətə xidmət etmirsən? Məgər sən Azərbaycanlı deyilsən? Məgər sən Prezidentin apardığı siyasəti dəstəkləmirsən? Axı nə vaxta qədər ucar polisi Hacı Məmmədovu təqlid edəcək? Axı nə vaxta qədər Ucar rayon polis şöbəsi Azərbaycan polisinin adına xələl gətirəcək, nə vaxta qədər nazir Ramil Üsubovu aldadacaqlar.? Cənab Nazir! Söz Sizindir. Xahiş edirik köməklik edin. Bütün maddi sübutlar rəsmi şəkildə Daxili İşlər Nazirliyinə göndərilib. İnanırıq ki, Siz bu işi biribaşa nəzarətə götürəcək və lazımi insanları cəzalandıracaqsınız. Taleh Xasməmmədov Hüquq müdafiəçisi " Qarşı tərəfin fikirlərinidə yazmağa hazırıq... Geri qayıt |